Müsahibədən sonra rəy nə vaxt və necə soruşulur- Top 17 ipucu

İş müsahibəsi başa çatdıqdan sonra bir çox namizədin ağlında eyni sual yaranır: “Məni seçəcəklərmi?” Cavab gözləmək stresli ola bilər, lakin bu mərhələdə passiv qalmaq əvəzinə peşəkar yanaşma ilə müsahibə haqqında rəy soruşmaq həm nüfuzlu görünmək, həm də öz bacarıqlarınızı inkişaf etdirmək üçün gözəl fürsətdir.

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-mi yaradın
Mündəricat
Mündəricat

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-mi yaradın

Doğru zamanda, doğru tərzdə verilən bir sual sizin motivasiyanızı və öyrənməyə açıqlığınızı göstərir. Bu məqalədə müsahibədən sonra rəy, suallara cavab almağın incəliklərini və bu prosesi necə səmərəli aparacağınızı izah edən 17 əsas ipucunu nümunələrlə təqdim edirik.

Müsahibədən sonra rəy nə vaxt və necə soruşulur- Top 17 ipucu


Aşağıda işə qəbul üçün müsahibədə iştirak etdikdən sonra işə qəbul olub-olmadığını öyrənməyin yolları və nümunələrini nəzərdən keçirin.

İş adamı, ofisdəki görüşdə danışıqlar zamanı iş tərəfdaşını dinləyir.

1. Müsahibədən Sonra 24 Saat İçində Təşəkkür Məktubu Göndərin

Bu, sadəcə nəzakət jesti deyil, həm də sizin hələ də maraqlı və aktiv namizəd olduğunuzu göstərir. Həm də bu məktubun sonunda əlavə olaraq rəy istəyə bilərsiniz.

yoxlayın simgesiNümunə:

Mövzu: Təşəkkür və Rəy Sorğusu

Hörmətli cənab Məmmədli,

Dünən keçirilən müsahibə üçün sizə təşəkkür edirəm. Söhbətimiz çox maraqlı və faydalı oldu.

Gələcək karyeramda özümü daha da inkişaf etdirmək məqsədilə müsahibə zamanı mənimlə bağlı hər hansı bir rəy və ya tövsiyə paylaşa bilsəniz çox sevinərəm.

Hörmətlə,

Nigar Əliyeva


2. Rəyi İncə və Nəzakətli Tərzdə Soruşun

“Hər hansı bir iradınız var idimi?” kimi soruşmaq əvəzinə, daha yumşaq və öyrənməyə açıq olduğunuzu göstərən ifadələrdən istifadə etdiyinizə əmin olun.

yoxlayın simgesiNümunə:
Mənim üçün bu müsahibə çox dəyərli təcrübə idi. Əgər mümkünsə gələcəkdə bu cür imkanlardan daha düzgün faydalana bilməyim üçün iştirakım haqda qısa rəy bildirəsiniz.

3. Müsahibənin Sonunda İcazə Alaraq Rəy İstəyin

Əgər müsahibə prosesi zamanı fürsət düşərsə, sonda belə bir sualla müraciət etmək olar: “Əgər mümkün olarsa, müsahibədən sonra çıxışımla bağlı əsas məqamları mənimlə bğlmənə rəy verə bilərsiniz?”

yoxlayın simgesiNümunə:
“Müsahibədən sonra performansımla bağlı müəyyən rəy almaq imkanım olarsa, çox minnətdar olaram. Mənim üçün bu proses həm öyrədici, həm də inkişaf yönümlüdür.”

4. Nə Üçün Rəy İstədiyinizi Açıqca Bildirin

Rəy istədiyinizdə məqsədinizi ifadə etməyə hazır olun: "Şirkət tərəfindən gələcəkdə keçiriləcək  müsahibələrdə daha yaxşı çıxış etmək üçün" və ya "öz üzərimdə işləmək üçün".

yoxlayın simgesiNümunə:
Bu müsahibə mənim üçün öyrənmək baxımından çox məhsuldar oldu. Rəyinizi eşitsəm, gələcək müsahibələrdə özümü daha effektiv ifadə edə bilərəm.

5. Əlaqə Saxladığınız Platformaya Uyğun Mesaj Göndərin

Əgər müsahibə e-mail vasitəsilə təşkil olunubsa, e-mail ilə rəy istəyin. Əgər LinkedIn üzərindən əlaqə qurulubsa, oradan mesaj göndərdiyinizə diqqət yetirin.

yoxlayın simgesiNümunə (LinkedIn mesajı):

Salam, Orxan bəy!

Müsahibədə iştirak etmək mənim üçün əhəmiyyətli bir təcrübə oldu. Əgər mümkünsə, çıxışımla bağlı hər hansı bir məlumat verə bilərsinizmi? Gələcək inkişafım üçün bu, çox faydalı olar.


6. Çox Uzun Mesaj Yazmaqdan Çəkinin

Rəy istədiyiniz zaman uzun, qarışıq, emosional mesajlardan qaçın. Qısa və konkret olun.

yoxlayın simgesiNümunə:
Salam! İlk öncə müsahibəyə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Çıxışımla bağlı hər hansı bir rəy bildirməyinizi sizdən xahiş edirəm.

7. Ümumi olaraq deyil, şəxsi olaraq yazın

Rəy istəyərkən şəxsi e-mail və ya mesajdan istifadə edin. Şirkətin ümumi e-mailinə yazmaq bir çox hallarda effekt vermir.

yoxlayın simgesiNümunə:

[işə götürən və ya müsahibəçinin şəxsi e-mail ünvanı]

Mövzu: Müsahibə və Geri Dönüş

Salam Aytac xanım,

Dünənki iş müsahibəsi ilə bağlı yazıram. Müsahibədə iştirak etmək mənim üçün çox faydalı oldu. Çıxışımla bağlı hər hansı bir pozitiv və ya neqativ rəy olmasından asılı olmayaraq fikrinizi və ya tövsiyənizi bölüşə bilsəniz, çox sevinərəm.


8. Qarşı tərəfə cavab vermək üçün zaman verin

İntervyudan sonra rəy istədikdə, qarşı tərəfdən dərhal cavab gözləməyin. İnsanların iş qrafiki sıx ola bilər, bəzən rəy verməyə vaxt tapmaya bilərlər. Bu səbəbdən mesajınızda tələsdirməyən, anlayışlı bir üslub istifadə edin. Bu yanaşma nədir? – Qarşı tərəfə vaxt və rahatlıq tanıyan, eyni zamanda professional münasibəti qoruyan ünsiyyət tərzidir. Bu, həm nəzakətli olduğunuzu göstərər, həm də əlaqələri pozmadan qarşı tərəfə zaman verər.

yoxlayın simgesiNümunə:

Hörmətli [Eldar bəy],

Müsahibədə iştirak etmək mənim üçün çox dəyərli bir təcrübə idi.

Əgər zamanınız olsa, qarşıdakı günlərdə çıxışımla bağlı qısa da olsa rəy bildirsəniz çox sevinərəm. Əlbəttə, bu tələsik deyil – sizə uyğun olan vaxtda paylaşsanız kifayətdir.

Təşəkkür edirəm və uğurlar arzulayıram.

Hörmətlə,

[Adınız]


9. Cavab gəlməzsə, bir dəfə xatırlatma göndərin

Əgər 5-7 gün ərzində iş görüşməsindən sonra göndərdiyiniz rəy sorğusuna cavab almamısınızsa, bu o demək deyil ki, sizi görməzdən gəliblər. Ola bilsin ki, cavab verməyə fürsət tapmayıblar. Bu halda bir dəfəlik və nəzakətli xatırlatma mesajı göndərmək tamamilə yerindədir.

yoxlayın simgesiNümunə:

Mövzu: Xatırlatma – Müsahibə üzrə rəy barədə

Salam [Könül xanım],

Ümid edirəm ki, hər şey qaydasındadır. Keçən həftə müsahibədən sonra sizdən çıxışımla bağlı qısa bir rəy rica etmişdim.

Təbii ki, iş yükünüzün çox ola biləcəyini tam anlayıram. Əgər sizə uyğun olarsa, fikirlərinizi bölüşməyiniz mənim üçün çox dəyərli olar.

Təşəkkür edirəm və xoş gün arzulayıram.

Hörmətlə,

[Adınız]


10. Rəyin tənqidi ola biləcəyini qəbul edin

Rəy istəmək — təkcə özünüzə tərif eşitmək üçün deyil, həm də çatışmazlıqları öyrənmək və onları aradan qaldırmaq üçün bir fürsətdir. Müsahibəçinin obyektiv və bəlkə də tənqidi fikirlərini qəbul etməyə hazır olduğunuzu ifadə etdikdə, siz yetkin və inkişaf yönümlü namizəd kimi qiymətləndirilirsiniz.

yoxlayın simgesiNümunə:

Hörmətli [Rüstəm müəllim],

Müsahibə prosesi mənim üçün olduqca öyrədici oldu və sizinlə keçirdiyim söhbətdən çox şey öyrəndim.

Mən hər zaman şəxsi və peşəkar inkişafım üçün açığam. Bu səbəbdən, əgər mümkünsə, müsahibə zamanı çıxışımla bağlı dürüst və obyektiv rəyinizi bölüşsəniz, çox məmnun olaram. Hər bir rəy mənim üçün dəyərli təcrübə deməkdir.

Təşəkkür edirəm və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

[Adınız]


CV yazmaqda çətinlik çəkirsən? Elə isə vaxt itirmədən 👉 Online CV Qurucumuzla möhtəşəm CV-yə sahib olun!

11. Emosional yox, peşəkar olun

Rəy sizi məyus edə bilər, xüsusilə də i̇şə qəbul olunmadığınız zaman. Amma unutmamalısınız ki, müsahibə sadəcə bir imkandır və rəy isə inkişaf vasitəsidir. Bu səbəbdən emosiyalara qapılmadan, nə olursa olsun nəzakətli və təşəkkür dolu cavab verməyə cəhd edə bilərsiniz.

yoxlayın simgesiNümunə:

Hörmətli [Ad],

Verdiyiniz səmimi və obyektiv rəy üçün təşəkkür edirəm. Qeyd etdiyiniz məqamları diqqətlə nəzərdən keçirəcək və gələcək müsahibələrdə bu fikirləri nəzərə alaraq daha hazırlıqlı olmağa çalışacağam.

Mənimlə bu təcrübəni paylaşdığınız üçün minnətdaram.

Uğurlar arzulayıram və gələcəkdə sizinlə yenidən işləmək fürsətimiz olacağına ümid edirəm.

Hörmətlə,

[Adınız]


12. Əgər müsahibə uğurlu keçməyibsə belə, rəy istəyin

Müsahibənin sonunda işə qəbul edilmədiyiniz barədə e-mail və ya zəng gəldikdən sonra emosional reaksiya vermək əvəzinə, nəzakətlə geri bildirim istəmək çox müdrik addımdır. Bu həm sizin inkişaf yönümlü olduğunuzu göstərir, həm də digər namizədlərdən sizi fərqləndirə bilər.

yoxlayın simgesiNümunə:

Mövzu: Rəy sorğusu – müsahibə sonrası

Hörmətli [Ad],

İmtina məktubunuzu aldım və qərarınızı tamamilə anlayıram. Sizinlə görüşmək mənim üçün çox dəyərli bir təcrübə oldu və iştirak etmək imkanına görə təşəkkür edirəm.

Gələcəkdə daha yaxşı çıxış etmək və öz üzərimdə işləmək üçün, əgər mümkünsə, müsahibə zamanı performansımla bağlı qısa da olsa rəyinizi öyrənmək istərdim.

Fikirləriniz mənim üçün çox faydalı olar.

Təşəkkür edirəm və uğurlar arzulayıram.

Hörmətlə,

[Adınız]

[Əlaqə nömrəniz və ya e-mail adresiniz]


13. “Niyə seçilmədim? ” yox, “Necə daha yaxşı ola bilərdim?” deyin

Bu, sizi açıq fikirli və inkişaf yönümlü göstərir. müsahibədən əvvəl

yoxlayın simgesiNümunə:

Mövzu: Müsahibə performansı ilə bağlı qısa sorğu

Hörmətli [Ad],

Müsahibədə iştirak etmə fürsətini verdiyiniz üçün təşəkkür edirəm. Seçimlə bağlı qərarınıza hörmətlə yanaşıram və bu prosesdən çox şey öyrəndim.

Gələcək müsahibələrdə daha yaxşı çıxış etmək üçün, əgər mümkünsə, çıxışım zamanı diqqət etməli olduğum sahələr və təkmilləşdirə biləcəyim məqamlar barədə fikirlərinizi bölüşə bilərsinizmi?

Qısa da olsa rəyiniz mənim üçün çox dəyərlidir.

Hörmətlə,

[Adınız]


14. Rəyi ümumiləşdirməyin – konkret olun

Əgər sadəcə “Rəy verin” desəniz, qarşı tərəf ya ümumi cavab verəcək (“Yaxşı idi”, “Təşəkkürlər”), ya da ümumiyyətlə cavab verməyə bilər. Lakin müsahibənin konkret hissələrinə fokuslanaraq sual versəniz, sizə daha dəqiq və faydalı cavab gələcək.

yoxlayın simgesiNümunə:

Mövzu: Müsahibə performansı ilə bağlı konkret rəy

Hörmətli [Ad],

Müsahibədə iştirak etmək mənim üçün çox dəyərli bir təcrübə oldu və yaratdığınız şəraitə görə sizə təşəkkür edirəm. Gələcəkdə daha hazırlıqlı olmaq üçün bəzi konkret məqamlarla bağlı fikrinizi öyrənmək istərdim:

  • Texniki suallara cavablarımda hansı çatışmazlıqlar hiss olundu?
  • Ünsiyyət və özümü ifadə bacarığım necə qiymətləndirilə bilərdi?
  • Sizin tərəfinizdən daha çox diqqət edilən və mənim zəif olduğum sahə nə idi?

Qısa da olsa düşüncələrinizi paylaşsanız çox faydalı olar.

Hörmətlə,

[Adınız]


Peşəkar şəxs, ofisdə peşəkar qadınla biznes müqaviləsini izah edir və nəzərdən keçirir

15. Rəy prosesini şəxsi PR kampaniyasına çevirməyin

Rəy istədiyiniz zaman özünüzü yenidən “satmağa” çalışmayın. Bu, yanlış mesaj verə bilər.

işarəni çıxarınYanlış:
Mən düşünürəm ki, yenə də sizin üçün ideal namizədəm. Əgər fikrinizi dəyişsəniz, mən hələ də maraqlıyam.

yoxlayın simgesiDoğru:

Hörmətli [Ad],

İlk əvvəl müsahibə prosesinə ayırdığınız vaxta və diqqətinizə görə təşəkkür edirəm. Qərarınızı anlayıram və hörmətlə qarşılayıram.

Gələcəkdə daha yaxşı performans göstərmək və peşəkar bacarıqlarımı inkişaf etdirmək üçün, əgər mümkünsə, müsahibə zamanı çıxışımla bağlı fikirlərinizi öyrənmək istərdim.

Tənqidi və obyektiv rəyiniz mənim üçün çox dəyərlidir.

Hörmətlə,

[Adınız]


16. Yazdığınız mesajı düzgün redaktə edin

Mesajın məzmunu nə qədər mükəmməl olsa da, səhv yazılmış sözlər, vergül qüsurları, cümlə quruluşundakı pozuntular ümumi təəssüratı pozur. İş dünyasında doğru yazmaq – özünü ifadə etməyin əsas yollarından biridir.

işarəni çıxarınYanlış:
men müsahibəyə geldim cox maraqlıydı əgər sizce menim texniki suallara cavablarım düzgündürsə yazardınız minnətdaram.

yoxlayın simgesiDoğru Nümunə:

Hörmətli [Ad],

Müsahibədə iştirak etmək mənim üçün çox maraqlı və faydalı oldu.

Əgər mümkün olarsa, texniki suallara verdiyim cavablarla bağlı qısa rəy bildirsəniz, gələcək hazırlıqlarım üçün çox faydalı olar.

Təşəkkür edirəm və uğurlar arzulayıram.

Hörmətlə,

[Adınız]


17. Rəyi aldıqdan sonra təşəkkür etməyi unutmayın

İnsanlar sizə rəy bildirdikdə, bu onların vaxt və diqqət ayırması deməkdir. Ona görə də, rəyin məzmunundan asılı olmayaraq — istər tərif, istər tənqid, istərsə də neytral rəy olsun — təvazökar şəkildə təşəkkür edin və nəzakətli şəkildə cavab verin.

yoxlayın simgesiNümunə:

Hörmətli [Ad],

Vaxt ayırıb performansımla bağlı dəyərli fikirlərinizi paylaşdığınız üçün sizə təşəkkür edirəm.

Qeyd etdiyiniz məqamları diqqətlə nəzərə alacaq və gələcək müsahibələrdə daha yaxşı çıxış etməyə çalışacağam.

Bu rəy mənim üçün çox dəyərli oldu.

Uğurlar arzulayır və gələcəkdə yenidən əməkdaşlıq imkanımız olacağına ümid edirəm.

Hörmətlə,

[Adınız]


yoxlayın simgesiƏgər rəy gəlməzsə belə, təşəkkür mesajı göndərin:

Hörmətli [Ad],

Müsahibə üçün ayırdığınız vaxta və mənə bu təcrübəni yaşatdığınıza görə təşəkkür edirəm.

Cavab ala bilməsəm də, bu proses mənim üçün çox dəyərli oldu. Gələcəkdə yenidən qarşılaşmaq ümidi ilə.

Hörmətlə,

[Adınız]


Yekun


Müsahibədən sonra rəy istəmək – hər bir peşəkar namizədin şəxsi və karyera inkişafı üçün atmalı olduğu güclü addımlardan biridir. Rəy istədiyiniz zaman təkcə özünüzü qiymətləndirmirsiniz, həm də müraciət etdiyiniz şirkətə prosesə ciddi yanaşdığınızı göstərirsiniz. Təbii ki, bu mərhələdə istifadə etdiyiniz dil, üslub və nəzakət, gələcək münasibətlər üçün də önəm daşıyır. Əgər suallara cavab vermə tərziniz və ya texniki bilikləriniz barədə əmin deyilsinizsə, bu cür geribildirimlər sizə düzgün istiqamətdə işləmək imkanı yaradır.

Müsahibədən əvvəl necə hazırlaşmağınız vacib olduğu kimi, sonrası da bir o qədər önəmlidir. Nəzərə alın ki, bir çox işəgötürən sualları necə cavablandırdığınıza, həmçinin nə qədər konstruktiv yanaşma sərgilədiyinizə baxaraq qərar verir. Əgər müraciət etdiyiniz yer sizə rəy verərsə, bu məlumat sizin üçün olduqca böyük fayda verə bilər. Bəzən sadə bir fikir belə gələcək uğurlarınızda ciddi rol oynaya bilər. Ona görə də, sualları düzgün yönəldin, cavabları anlayışla qarşılayın və hər fürsətdən öyrənmək üçün istifadə edin.

CV-nizi ən yaxşı şablonlarla yaradın

Tez-Tez Verilən Suallar

Müsahibədən sonra rəy istəmək nə qədər düzgündür? İşəgötürən bunu narahatlıq kimi qəbul edə bilərmi?

Müsahibədən sonra rəy istəmək tamamilə düzgündür və peşəkar dünyada normal qəbul edilir. Bu, sizin inkişaf etmək istəyinizi və prosesə ciddi yanaşdığınızı göstərir. Əgər nəzakətli və təzyiqsiz üslubda yazsanız, işəgötürən bunu narahatlıq kimi deyil, konstruktiv yanaşma kimi qəbul edəcək. Əksinə, bu davranış sizi açıq fikirli və məsuliyyətli biri kimi tanıdar.

Rəy istədim, amma uzun müddət cavab gəlmədi. Yenidən yazmaq düzgündürmü?

Bəli, ilk müraciətdən sonra cavab gəlməzsə, 5-7 gün gözlədikdən sonra nəzakətli şəkildə xatırlatma mesajı göndərmək düzgündür. Bu mesajda qarşı tərəfi təzyiqə salmadan, başlarının qarışıq ola biləcəyini anladığınızı qeyd edib, qısa və konkret formada rəyinizi xatırlada bilərsiniz. İkinci dəfə yazdıqdan sonra isə bir daha yazmaq tövsiyə olunmur — səbri və peşəkarlığı qorumaq vacibdir.

Rəy tənqidi olsa necə yanaşmalıyam? Məyus olmalıyam, yoxsa cavab verməliyəm?

Tənqidi rəyə məyusluqla deyil, fürsət kimi yanaşmaq ən düzgün addımdır. Bu cür rəy sizə hansı sahələrdə inkişaf etməli olduğunuzu göstərir və gələcək müsahibələrdə daha uğurlu çıxış etməyə kömək edir. Rəyə cavab verərkən təşəkkür edin və qeyd olunan məqamları nəzərə alacağınızı bildirin. Bu davranış sizi emosional yox, peşəkar və öyrənməyə açıq biri kimi tanıdır.

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-nizi yaradın

Yükləmək üçün məktublar nümunəsi

Qapaq məktubu şablonu
Qapaq məktubunun dizaynı
Tələbələr üçün əhatə məktubu şablonu - universitet
Nişan məktubu üçün şablon