Cəlbedici CV üçün hobbi və maraqların daxil edilməsi

Əmək bazarı indi olduğu formada formalaşandan bəri işçilərin şüuruna müəyyən bir stereotip qoyulub: iş - ayrı, şəxsi həyat və hobbi - ayrı. Həyatın peşəkar və gündəlik sahələrini ayırmaq bacarığı işçinin yüksək səriştəsindən xəbər verir.

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət pulsuz kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-mi yaradın
Mündəricat
Mündəricat

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət pulsuz kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-mi yaradın

Bir insanın işdən kənarda boş vaxtını keçirdiyi hobbiləri rekruterə çox şey deyə bilər. Bu gün nüfuzlu şirkət üçün təkcə yüksək ixtisaslı mütəxəssis deyil, həm də etibar edilə bilən sadiq işçi dəyərlidir. Bu xüsusən də şirkət üçün böhran zamanı lazımdır. Buna görə də, CV-nizdə hobbinizi müvəffəqiyyətlə qeyd etməklə, işçi heyətinə uğurlu qəbul şansınızı əhəmiyyətli dərəcədə artıra bilərsiniz.

Hobbilər yalnız ilk baxışdan əhəmiyyətsiz və sadə görünə bilər. Müsahibə zamanı rekruter namizədin cavablarına xüsusi diqqət yetirməklə onun tam portretini yaratmaq üçün lazımi məlumatları alır. Yüksək rəqabət mühitində hobbi hətta işə qəbulda həlledici amil ola bilər. Buna görə də, “Mənə özünüz haqqında danışın” kimi digər tez-tez verilən müsahibə suallarına cavabınızı düşünün və bir kənarda qeyd edin.

İndiki vaxtda CV artıq yalnız təhsil və iş tarixçəsini ehtiva edən sənəd deyil. İşəgötürənlər indi iş müraciətlərini qiymətləndirmək üçün namizədlərin xarakterləri, hobbiləri və maraq sahələri haqqında öyrənmək istəyirlər. Buna görə də CV üçün hobbi və maraqlar bölməsinin əlavə edilməsi digər namizədlərdən seçilmənizə kömək edən vacib amillərdən biri sayılır.

Hobbi və maraqlara sadəcə əyləncə kimi baxılmamalıdır. O, həm də insanın xarakteri və qabiliyyətləri haqqında mühüm ipucları verir.

Bu bloq yazımızda iş axtaranlar üçün vacib olan hobbilər və maraqlar haqqında geniş danışacağıq. Bunların niyə CV nizdə olması lazım olduğunu da müzakirə edəcəyik.

Niyə demək olar ki, hər müsahibədə hobbi haqqında soruşurlar?


cv ucun hobbi v maraqlar


Müvafiq təcrübə hər hansı bir işəgötürən üçün vacibdir. Bəs bir neçə namizəd təxminən eyni təcrübə və bacarıqlara malikdirsə onda nə etməli? İş axtaran bir vəzifə üçün digər müraciət edənlərdən necə, nə ilə fərqlənə bilər? Bu vəziyyətdə diqqətinizi başqa bir istiqamətə, məsələn, hobbilərə və maraqlarınıza yönəltməlisiniz.

İşə götürən menecerin işlədiyi istiqamətlə maraqlanmaq və müsahibəyə dəvət almaq üçün CV-niz üçün hansı hobbi və maraqları seçməyin daha yaxşı olmasına nəzər salaq.

Maraqlar nədir və onlar necə olur?


Maraqlar iş zamanı və ya boş vaxtlarımızda araşdırmağı, onlara vaxt ayırmağı xoşladığımız sahələrdir. Onlar şəxsi və peşəkar ola bilər.

Şəxsi maraqlar -

zövq və sevinc gətirən, yaradıcılığı inkişaf etdirən, gündəlik işdən ara verməyə və yeni tanışlıqlar etməyə kömək edən fəaliyyətlərdir.

Məsələn:

Oyuncaq maşınların nadir modellərini toplamaq, filmlərə baxmaq, yeni yeməklər hazırlamaq, gülçülük, əl işləri, müxtəlif idman növləri, yoqa ilə məşğul olmaq və s.

Peşəkar maraqlar -

karyera inkişafına töhfə verən və öz sahənizdə mütəxəssis olmağa imkan verən hobbilərdir.

Peşəkar maraqlara aid nümunələr

  • ✨Mədəniyyət müəssisələrini ziyarət etmək
  • ✨Xarici dillərin öyrənilməsi
  • ✨Chatbot
  • ✨İnteryer dizayneri
  • ✨Tikiş
  • ✨Tuning avtomobilləri

Yeni mütəxəssislər axtararkən və mövcud işçiləri yüksəltmək qərarına gəldikdə, işəgötürənlər öz CV-lərində həm peşəkar maraqlara, həm də şəxsi maraqlara diqqət yetirə bilərlər.

Niyə Hobbi və Maraqlar CV-yə daxil edilməlidir?


cv ucun hobbi v maraqlar


Hobbilərinizi CV siyahısına daxil etmək istəyə bağlıdır, lakin bu bəzən işəgötürənin son seçim qərarına böyük təsir göstərə bilər.

CV-nizdəki “Maraqlar” sütununu doldurmaq üçün 3 səbəb:

  • ✔️ Özünü daha yaxşı tərəfdən təqdim edirsiniz. Hobbi və peşəkar maraqların olması gələcək işçinin təşəbbüskarlığını, etibarlılığını və bəzən korporativ mədəniyyətə uyğunluğunu nümayiş etdirir.

  • ✔️ Həvəs və motivasiyanı vurğulayır. İşlə əlaqəli hobbilər işə götürənə namizədin şüurlu şəkildə öz ixtisasını seçdiyini və təcrübəsini inkişaf etdirməyə hazır və həvəsli olduğunu bildirir.

  • ✔️ Sizi kütlədən fərqləndirir. Maraqlar, hobb CV-nizi özünüz haqqında unikal faktlarla bəzəmək və işə götürən tərəfdən yadda qalmaq, xatırlanmaq üçün yaxşı bir vasitədir.

CV-yə maraqları nə vaxt daxil etməliyik

  • ✦ Sizin danışmağa sözünüz var. Məsələn, siz tez-tez maarifləndirici sərgilərdə, konfranslarda, ustad dərslərində iştirak edirsiniz və bunu müdirinizin göstərişi ilə deyil, öz təşəbbüsünüzlə edirsiniz.

  • ✦ Siz tələbəsiniz və ya öz sahənizdə az təcrübəniz var. Bu zaman “Maraqlar” sütunu da daxil olmaqla, yaxşı doldurulmuş CV daha cəlbedici və dolğun görünməklə sizin köməyinizə çatacaq.

  • ✦ Siz şirkət mədəniyyətinə uyğun olduğunuzu göstərmək istəyirsiniz. Böyük şirkətlərdə namizədləri nəzərdən keçirərkən bu məqam çox vaxt həlledici olur.

  • ✦ Bir neçə nəfər vakansiya üzrə işə müraciət edir. CV də “Maraqlar” bölməsi işəgötürənin əlavə diqqətini sizin namizədliyinizə cəlb etməyə kömək edəcək.

  • ✦ Ancaq hər zaman CV nizdə hobbilər sizin xeyrinizə işləməyə bilər. Məsələn, əgər onlar peşəkar fəaliyyətə aid deyilsə, mənfi məna daşıyırsa ikili şəkildə, sizin ziyanınıza da şərh edilə bilər.

Müraciət etdiyiniz iş müsahibəsi zamanı hobbi ilə bağlı suala hansı  cavablar vermək tövsiyə olunmur?

  • ❌ Sizin hobbiniz yoxdur. Hobbisi olmayan insan şübhə doğurur.
  • ❌ Bir şeyə fanatik şəkildə aludə olmaq. Hər şeydə ölçü olmalıdır.
  • ❌ Qumar oynamağı sevdiyiniz barədə. Sizə qeyri-ciddi yanaşa bilərlər.

Hobbimiz haqqında necə danışaq?


cv ucun hobbi v maraqlar


Müsahibədən əvvəl hobbi icad etməyin.

Bir hobbi haqqında danışmaq qərarına gəlsəniz, o, həqiqətən də sizə aid olmalı və müsahibəyə gedən zaman icad edilməməlidir. Əgər siz öz hobbinizlə bağlı söhbəti davam etdirə bilmirsinizsə onda özünüzü gülünc vəziyyətə salacaqsınız.

Nailiyyətləri qeyd edin

Hər bir hobbiniz barədə ətraflı danışmağa ehtiyac yoxdur. Əgər hər hansı bir nailiyyətləriniz varsa onları əlavə edin. Məsələn, “idman ustalığına namizəd”, “rəqs müsabiqəsində 1-ci yer”. Yeri gəlmişkən, bu cür nailiyyətlər işəgötürənə sizin məqsədyönlü insan olub-olmadığınızı qiymətləndirməyə imkan verir.

CV nin maraqlar hissəsində qeyd edilən uğursuz nümunələr

  • 〤 Karaoke klubunda oxumaq
  • 〤 Tarot falçılıq
  • 〤 Qumar oyunları
  • 〤 Kripto ticarəti
  • 〤 Kompyuter oyunları

Hansı maraqları seçmək lazımdır❓

CV də  nələri qeyd etmək bir çox amillərdən asılıdır. Hobbinizin birbaşa və ya dolayısı ilə müraciət etmək istədiyiniz işə aid vəzifə tapşırıqları ilə əlaqəli olması tövsiyə olunur.

CV ni  tərtib edərkən orada hansı universal maraqlar və hobbilər yazıla bilər❓

  • ✅ İngilis dili (bilik səviyyənizi göstərdiyinizə əmin olun) hər zaman lazım olan bir bacarıqdır.

  • ✅ Xüsusi ədəbiyyat oxumaq və təkmilləşdirmə kurslarına getmək peşəyə marağı vurğulayır.

  • ✅ Excel, Adobe Photoshop, Power Point, 1C və digər iş proqramlarını öyrənmək hər bir müasir mütəxəssis üçün zəruridir.

  • ✅ İdman və fiziki fəaliyyət sizin enerjiniz, dözümünüz və sağlam həyat tərziniz haqqında danışır.

  • ✅ Mədəniyyət və incəsənət geniş dünyagörüşünüzə, müşahidənizə və inkişaf etmiş zövq hissinizə işarə edir.

  • ✅ Səyahət çeviklik və tez uyğunlaşma əlaməti hesab olunur.

İdmanla məşğul olmaq

Bunu həyat tərzinizə tətbiq etmək çox vaxt sağlam həyat tərzini, komandada işləmək bacarığını mənimsəməyi və iş-həyat balansını qorumaq bacarığını nəzərdə tutur. Ancaq bu, bütün idman növlərinə aid deyil - bəziləri, əksinə, suallar yarada bilər.

Komanda idman növləri: futbol, ​​voleybol, xokkey

Bir şəxs komanda idmanı ilə məşğuldursa və ya əvvəllər məşğul olubsa, bu, onun insanlarla danışıqlar aparmaq və etibarlı tərəfdaş olmaq qabiliyyətini göstərə bilər.

cv ucun hobbi v maraqlar

Yalnız idman növləri: qaçış, üzgüçülük, fitnes

Yalnız idman növləri - qaçış, üzgüçülük, fitnes - stressi azaldır, gərginliyi aradan qaldırır, tapşırıqlar arasında tez keçid etməyə və iş-həyat balansını qorumağa imkan verir.

Bundan əlavə, əgər insan bunlardan birini “Hobbilər” bölməsində sadalayırsa, onun vaxtın idarə edilməsi və özünüidarəetmə bacarıqlarına malik olduğunu güman edə bilərik – o, həyatında idmana necə yer ayırmaq lazım olduğunu bacarır və tətbiq edir.

Ekstrimal idman növləri

Bu əlbəttə ki, diqqəti cəlb edə bilər, lakin heç də həmişə müsbət mənada deyil. Məsələn, Formula 1-i götürsək işçinin yarış dövründə daim məzuniyyət tələb etməsi baş  verə bilər.

Bütün şirkətlər bunu asanlıqla qəbul edə bilməz, xüsusən də layihə işində iştirak edən unikal mütəxəssis və ya işçidən danışırıqsa.

Bundan əlavə, bəzi HR ekstrimal idman növləri ilə bağlı potensial zədə riskləri ilə bağlı narahat ola bilər. Məsələn, Rəşadın işlədiyi şirkətdə hər qış xizək mövsümündə 1-2 nəfər ayaqları sındığı üçün xəstəlik məzuniyyəti alırdı. Onların şirkətlə layihələrinə xitam verildi və bu, bütün şirkətə mənfi təsir etdi.

Yaradıcılıq

Yaradıcı təcrübəyə malik olmaq yaradıcı sahədə işə müraciət edərkən vacib şərtdir. Ancaq vəzifə sənət, teatr və kino ilə əlaqəli olmasa belə, bu sahələrdə hobbi sahibi olmaq faydalı ola bilər.

cv ucun hobbi v maraqlar

Xarici dil

Adətən bir neçə dil bilən insan olduqca xoş təəssürat yaradır: o, çalışqan, məqsədyönlü biri kimi təsir bağışlayır. Çox güman ki, o, müxtəlif ölkələrin mədəniyyəti ilə maraqlanır və şirkət üçün bəzi qeyri-adi, düzgün ideyalar təklif edə biləyi haqda təsəvvür yaradır.

Səyahət

Müxtəlif ölkələrə və ya bölgələrə səyahət etməkdə böyük təcrübəyə malik olan insan da təqdirəlayiqdir. Birincisi, bu o deməkdir ki, o, kritik vəziyyətlərdə necə hərəkət etməyi yaxşı bacarır. Axı, səfərlərdə insanlar çıxa bilməli olduqları müxtəlif çətinliklərə tez-tez düşürlər.

Mütaliə

Bu hobbi insan haqqında onun dünyagörüşü, zövqləri, baxışları haqqında çox şey deyir.

Eyni zamanda, namizədin mütaliəni sevməməsi əslində çox da qorxulu hal deyil. Bəzi insanların kifayət qədər audio mənbələri, sosial məqalələri, izləməyə filmləri var. Əsas odur ki, insan daima inkişaf etsin və hər hansı mövcud yollarla məlumat əldə edə bilsin. Bu zaman heç də oxumaq həvəskarı olmağa ehtiyac qalmır.

İkincisi, insan yəqin ki, vaxtını necə təşkil etməyi və planlaşdırmağı bilir, bu da çox yaxşı keyfiyyətlərdən biri hesab olunur.

💡 Tövsiyə: CV nizdə hansı maraqları yazacağınızı bilmirsinizsə, bu hissəni müvəqqəti buraxmaq və bütün digər bloklar doldurulduqdan sonra ona qayıtmağı düşünə bilərsiniz.

CV-nizi ən yaxşı şablonlarla yaradın

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət pulsuz kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-nizi yaradın

Yükləmək üçün məktublar nümunəsi

Qapaq məktubu şablonu
Qapaq məktubunun dizaynı
Tələbələr üçün əhatə məktubu şablonu - universitet
Nişan məktubu üçün şablon