Müsahibələr, iş müsahibə sualları, onların uyğun cavabları

İşə müraciət prosesinin ən maraqlı və vacib mərhələsinə çatmağınız münasibətilə sizi təbrik edirik. Siz öz CV-nizi, müşayiət məktubunu və bəlkə də motivasiya məktubunu tam hazırladınız və indi isə iş müsahibəsinin vaxtıdır. İş müsahibəsi işəgötürənin işə götürülməzdən əvvəl həmin şəxsin həqiqətən də doğru namizəd olub-olmadığını anlamaq üçün hazırladığı görüş növüdür, ümumiyyətlə bu üz-üzə olsa da, son illərdə onlayn da keçirilə bilir.

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət pulsuz kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-mi yaradın
Mündəricat
Mündəricat

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət pulsuz kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-mi yaradın

İş müsahibəsi sualları namizədlərin uyğun olub-olmadığını anlamaq üçün diqqətlə hazırlanmış suallardan ibarət müsahibə növüdür. Siz həmçinin işəgötürən qarşısında bu suallara ən uyğun cavabı verə biləcək namizəd kimi görünmək üçün iş müsahibəsi suallarına uyğun cavabları öyrənməlisiniz.

İş müsahibələri strukturlaşdırılmış görüşlərdir. İşə qəbul qrupu müsahibədən əvvəl şirkət daxilində açıq vəzifə üçün müəyyən suallar hazırlayır. Namizədin şəxsi xüsusiyyətləri haqqında daha çox məlumat toplamaq üçün şəxsi suallar verilərkən, onun iş həyatının CV və sənədləri ilə uyğun olub olmadığını öyrənmək üçün peşə həyatı ilə bağlı xüsusi suallar da hazırlana bilər.

Ona görə də namizəd şirkəti qiymətləndirmək üçün bu iş müsahibəsinə getməzdən əvvəl beynindəki sualları peşəkar dildə hazırlayıb iş müsahibəsi zamanı qarşı tərəfə çatdırmaqla öz suallarına cavab axtara bilər.

is musahib suallari


İş müsahibələri namizədin müraciət etdiyi işə olan marağını və motivasiyasını nümayiş etdirmək şansı verir. Namizəd işəgötürənin işi və şirkəti haqqında daha çox öyrəndikcə, işəgötürən namizədin niyə bu vəzifəyə uyğun olduğunu anlamağa çalışır.

Müsahibə şirkət üçün bir vəzifəyə potensial namizədlə şəxsən tanış olmaq və onun CV-də göstərilən məqamları aydınlaşdırmaq üçün əla fürsətdir. Müsahibə zamanı namizədin təkcə lazımi bilik və təcrübəyə malik olub-olmadığını deyil, həm də o, namizədin şəxsi keyfiyyətlərini müəyyən etməyə kömək edir.

Müsahibələr əslində çox maraqlıdır.

Həyəcandan çox vaxt unuduruq ki, müsahibə bir dialoq, canlı ünsiyyət və özünü təqdimatdır.

Bu universitet imtahanı deyil. Hər müsahibə fərqlidir, suallar müxtəlifdir və düzgün cavab isə yoxdur.

Amma müsahibəyə hazırlaşmaq işə qəbul olunmaq şansını artırmağa  imkan verir. Eyni zamanda müsahibə suallarına hazırlaşmaq və onlara cavab vermək narahatlığı azaldır və namizədin özünə inamına səbəb olmaqla onun daha yaxşı formada özünü təqdim edə bilməsinə kömək edir.

Müsahibəyə hazırlıq


Müsahibənin uğurlu keçməsi üçün necə hazırlaşmaq lazımdır?

  • ✽ Elanı ətraflı öyrənin və namizəd üçün əsas tələbləri müəyyənləşdirin.

  • ✽ Gələcək işəgötürəninizin uğurlu namizəddə axtardığı bacarıqları, peşəkar və şəxsi keyfiyyətləri müəyyən edin və onları özünüz üçün qeyd edin.

  • ✽ İş tələblərinə uyğun gələn bütün bacarıq və keyfiyyətlərinizin siyahısını tərtib edin. Bu, sizdən niyə iş üçün ideal olduğunuzu soruşduqda faydalı olacaq.

  • ✽ Şirkəti araşdırın. Onlar haqqında məqalələri oxuyun, vebsayta baxın, şirkətin strateji məqsədlərini, dəqiq nə etdiyini və ya nə istehsal etdiyini öyrənin. Müdirlərin və menecerlərin adlarını tapın və yadda saxlayın.

  • ✽ Standart müsahibə suallarına cavabları düşünün.

Ancaq nəzərə alın ki, bu yaddaş oyunu deyil və bütün cavabları yadda saxlamaq kimi öhdəliyiniz yoxdur. Amma çətin vəziyyətə düşməmək üçün müsahibəyə əvvəlcədən hazırlaşmağa dəyər.

Geyim tərzinizə diqqət yetirin


İş müsahibəsinin keçiriləcəyi sənaye və şirkət mədəniyyətinə uyğun geyinməyə diqqət edin. Peşəkar rənglər axtarmaq, qırışlı paltarları seçməmək, çox dekolteli paltarlardan qaçmaq bütün sektorlar üçün keçərli olan geyim kodu qaydaları arasındadır. Nəzərinizə çatdırırıq ki, bütün sektorlar üçün keçərli olan etibarlı görüntünü əks etdirən rənglər ağ və açıq mavidir.

is musahib suallari


Paltarınızın təmiz, səliqəli və rəsmi olduğundan əmin olun. Nə geyinirsinizsə geyinin, paltarlarınızda heç bir ləkə qalmamağa diqqət etməlisiniz, ya da yayda qatılacağınız bir iş görüşməsinə tər qoxuyan paltar geyinməmək təqdirəlayiq addımınız ola bilər.

Həddindən artıq zinyət əşyaları və makiyajdan qaçın və təmiz və səliqəli bir görünüşə malik olun. Təəssüf ki, həddindən artıq makiyaj işəgötürənlər üçün çox yaxşı təəssürat yaradan faktor deyil. İşə qəbul qrupları, xüsusilə iş saatlarının erkən başladığı sektorlarda, insanın tez hazırlaşmasına imkan verən geyim və baxım tərzinə diqqət yetirə bilər. Təbii ki, əgər iş müraciətiniz makiyaj sənayesindəki bir şirkət üçün nəzərdə tutulmayıbsa.

Kiçik tövsiyə

Müsahibə üçün hara getməyinizdən asılı olmayaraq, ilk təəssürat çox önəmlidir. Şirkət mədəniyyətinə uyğun geyindiyinizə əmin olun. Şirkətdə geyim kodu olmasa belə, səliqəli və baxımlı görünməlisiniz.

Nəqliyyat və Vaxt Planlaması edin


Xəritədə iş müsahibəsinin keçiriləcəyi yeri tapın və evinizdən və ya gedəcəyiniz yerdən həmin nöqtəyə qədər olan marşrutu müəyyənləşdirin. Müxtəlif nəqliyyat variantlarını (avtomobil, ictimai nəqliyyat, taksi və s.) nəzərdən keçirin və sizə ən uyğun olanı seçin.

Müsahibənin keçirildiyi yerə qədər olan məsafəni nəzərə alaraq nəqliyyat vaxtını hesablayın. Gecikmələri və sıx trafiki nəzərə alaraq kifayət qədər vaxt ayırın. Əgər ictimai nəqliyyatdan istifadə edirsinizsə, cədvəlləri və mümkün gecikmələri nəzərə alın.

Mümkünsə, gözlənilməz hallar üçün alternativ nəqliyyat planı hazırlayın. Məsələn, ictimai nəqliyyatdan istifadə edirsinizsə, taksi çağırmaq və ya yaxın dostunuzdan kömək istəmək kimi bir plan düşünün.

Mümkünsə, əvvəlcədən iş müsahibəsi yerinə getdiyiniz marşrutu sınayın. Bu, ünvanı tapmağınızı və mümkün gecikmələrin qarşısını almağınızı asanlaşdıracaq.

Görüşün başlamasına ən azı 15-30 dəqiqə qalmış gəlməyi hədəfləyin. Beləliklə, gözlənilməz vəziyyətlər üçün bir çıxış yolunuz var. Əgər ictimai nəqliyyatdan istifadə edəcəksinizsə, növbəti nəqliyyatı qaçırmamaq üçün erkən gediş seçin.

İş müsahibəsi günü hava və yol şəraitini yoxlayın. Xoşagəlməz vəziyyət yaranarsa, planınızı ona əsasən uyğunlaşdırın və ya alternativ marşrut seçin.

İş müsahibəsinə getmək üçün lazım olan sənədləri (CV, şəxsiyyət vəsiqəsi və s.) və lazımi əlaqə məlumatlarını (şirkətin telefon nömrəsi, nəqliyyat şirkətinin nömrələri və s.) hazırlayın və yanınızda olmasından əmin olun.

Standart müsahibə sualları və onlara verilən cavablar


Müsahibə canlı ünsiyyət prosesi olduğu üçün dəyişkən ola bilər. Müsahibənin forması və məzmunu bir çox amillərdən asılıdır: korporativ mədəniyyətin səviyyəsi, müsahibə verənin ixtisası və vəzifəyə tələb olunan kvalifikasiya dərəcəsi.

is musahib suallari

Müsahibə suallarını aşağıdakı kateqoriyalara bölmək olar

  • ✽ Yoxlama sualları: İşəgötürən sizin ixtisasınız, təhsiliniz, əvvəlki işlərdə nə qədər işlədiyiniz və s. kimi standart suallara cavabınızı bilmək istəyir.

  • ✽ Bacarıqlar və ya Davranış aid suallar: Sizdən iş müsahibəsində bacarıq və ya keyfiyyət nümayiş etdirmək üçün iş təcrübəsindən bir nümunə gətirmək xahiş olunur.

  • ✽ Situasiya sualları: hipotetik vəziyyət təsvir olunur və bu zaman siz tapşırığa necə yanaşacağınızı izah etməlisiniz.

  • ✽ Analitik suallar: bir insan olaraq sizi, motivasiyalarınızı və məqsədlərinizi daha yaxşı başa düşməyə imkan verir.

Müsahibə sualları və nümunə cavablar


Aşağıdakı suallara öz cavablarınızı hazırlayarkən, sizin üçün hazırlanmış nümunə cavabları nəzərdən keçirə bilərsiniz. Unutmayın ki, bu suallara cavab verərkən çox uzun və ya çox qısa cavablar verməməlisiniz.

Özünüz haqqında bizə məlumat verə bilərsinizmi❓

✔️ Cavab: Əlbəttə, adım Səməddir. Mən Azərbaycan Dövlət Universitinin Mexaniki Riyaziyyat fakültəsini bitirmişəm. İxtisasca mühəndisəm. X Şirkətdə uzun müddət iş təcrübəm var. Son bir ayda şəhəri dəyişməli olduğum üçün iş yerimi dəyişməyə qərar verdim. Mən ümumiyyətlə mühəndis kimi düşünən və şəxsi həyatımda da mühəndis alqoritmi ilə düşünməyə davam edən biriyəm. Ona görə də bu istiqamətdə daha da peşəkarlaşmaq məqsədim var.

Niyə bu vəzifəni istəyirsiniz❓

✔️ Cavab: Bu vəzifə karyera məqsədlərimə tam uyğundur və mənə çox məsuliyyətli bir fürsət təqdim edir. "Şirkətinizin dəyərləri, məsələn, köçmək istədiyim bu yeni şəhərin köklü bir tarixə sahib olmağı və şəhərin təbiətini qorumaq prinsiplərini pozmadan layihələr inkişaf etdirmək mənim üçün vacibdir və inanıram ki, bu vəzifə mənə mühəndislik bacarıqlarımdan ən yaxşı şəkildə istifadə etməyə imkan verəcək”.

Güclü tərəfləriniz hansılardır❓

✔️ Cavab: Mənim ən böyük güclü tərəfim problem həll etmə bacarığımdır. Mən elektrik mühəndisi kimi mürəkkəb elektrik sistemlərinin dizaynı, təhlili və nasazlıqların aradan qaldırılması ilə bağlı təcrübəyə malikəm. Problemləri müəyyən etmək bacarığım və analitik düşünmə bacarığım sayəsində hər hansı elektrik problemini həll etmək üçün lazım olan yanaşmanı tətbiq edə bilirəm. Bundan əlavə, innovativ həllər yaratmaq və mövcud sistemləri optimallaşdırmaq bacarığım layihələri uğurla tamamlamağa kömək edir.

Keçmiş təcrübələrimdə bu üstünlüklərdən istifadə edərək enerji səmərəliliyi layihələri, elektrik şəbəkələrinin gücləndirilməsi kimi mühüm layihələrdə uğurlu nəticələr əldə etmişəm. Ona görə də inanıram ki, problem həll etmə bacarığımla elektrik mühəndisi vəzifəsini uğurla və səmərəli yerinə yetirəcəyəm.

Yeni bir şirkətdə işləməyə necə uyğunlaşacaqsınız?❓

✔️ Cavab: Mən yardımsevər və mehriban bir insanam - həm həmkarlarım və müştərilərlə tez əlaqələr qura bilirəm. Güclü ünsiyyət bacarıqlarım var və nəyisə başa düşmədiyim zaman soruşmaqdan çəkinmirəm.

is musahib suallari

Səhv etdiyiniz zaman necə reaksiya verirsiniz❓

✔️ Cavab: Səhv etdiyim zaman, ilk növbədə səhvi müəyyən edib məsuliyyəti öz üzərimə götürmək vacibdir. Səhv etdiyimi anlayanda dərhal vəziyyəti aidiyyəti şəxslərə və ya müdirə bildirirəm və səhvin yarada biləcəyi neqativ təsirləri minimuma endirmək üçün lazımi addımları atmağa başlayıram. Sonra səhvin səbəblərini və nədən qaynaqlandığını anlamaq üçün təhlil aparıram.

Bu proses zamanı mən digər komanda üzvləri ilə əməkdaşlıq edirəm və lazım gəldikdə xətanın hansı şəraitdə və niyə baş verdiyini anlamaq üçün xarici resurslardan istifadə edirəm. Sonra oxşar səhvlərin təkrarlanmaması üçün müvafiq tədbirlər görürəm. Bu tədbirlərə iş proseslərində və ya prosedurlarda dəyişikliklər, əlavə təlimlər və ya daha sərt nəzarətlər də daxil ola bilər.

Mən səhvin mənfi təsirlərini minimuma endirmək və düzgün həll yolu tapmaq üçün bu prosesi tez və effektiv şəkildə idarə etməyə diqqətimi cəlb edirəm. Bundan əlavə, səhvlərimdən dərs alıram və bununla da şəxsi inkişafıma töhfə vermiş oluram. Nəhayət, səhvimi kompensasiya etmək üçün lazımi addımları atmaqdan çəkinmirəm və səhv etdiyimi qəbul edirəm. Bu yanaşma mənim məsuliyyət hissimi və peşəkarlıq standartlarını nümayiş etdirir, eyni zamanda şirkətin daha irəli getməyində maraqlı olduğumu bir daha təsdiqləyir.

Niyə sizi işə götürməliyik❓

✔️ Cavab: Mən inanıram ki, mənim təcrübəm və bacarıqlarım sizin şirkətinizin məqsədlərinə çatmasına əhəmiyyətli töhfələr verə bilər. Azərbaycanda X kimi aparıcı şirkətdəki təcrübəm məni mürəkkəb layihələri idarə etməkdə daha da geniş təcrübə qazandırdı və bu istiqamətdə peşəkar yönümdə  daha da gücləndirdi. Yaradıcı və həll yönümlü mühəndis kimi mən elektrik mühəndisliyi sahəsində dərin təcrübəyə və bacarıqlara sahibəm. Eyni zamanda komandalarla işləmək və effektiv ünsiyyət qurmaq kimi uğurlu təcrübəyə malikəm.

Mən sizin şirkətinizin özəl sektorda lider mövqeyini və innovativ yanaşmasını yüksək qiymətləndirirəm və bu mühitə öz töhfəmi verməkdən məmnunam. İnanıram ki, layihənin idarə edilməsi, problemlərin həlli və liderlik kimi bacarıqlarımla şirkətinizin üzləşdiyi çətinliklərin öhdəsindən asanlıqla gəlməyə kömək edə bilərəm. Bundan əlavə, innovativ layihələrin hazırlanması və məhsul portfelinizin genişləndirilməsi kimi sahələrdə öz töhfəmi verə biləcəyimə əminəm.

Bundan əlavə, əməkdaşlıq və komanda ruhunu güclü saxlamaq bacarığımla şirkət mədəniyyətinizə uyğunlaşmağa və mövcud komandalarla səmərəli işləməyə hazıram. İnanıram ki, məni işə götürməklə yüksək motivasiyam, tez öyrənmək bacarığım və davamlı təkmilləşməyə sadiqliyim sayəsində şirkətinizin uğuruna dəyər qatacağam. Əgər şirkətinizdə işləmək imkanı verilsə, hədəflərinizə çatmaq üçün səylə çalışacağıma söz verirəm.

Digər məşhur müsahibə sualları


Bu suallar sizinlə bağlı suallardır. HR menecerinin məqsədi sizi bir insan kimi tanımaqdır. Məqsədlərinizin şirkətin məqsədləri ilə üst-üstə düşdüyünə və komandaya yaxşı uyğunlaşacağınıza əmin olun.

is musahib suallari

  • ❖ Əsas üstünlüyünüz nədir?
  • ❖ Ən böyük zəifliyiniz nədir?
  • ❖ Sizin unikallığınız nədir?
  • ❖ Stressli vəziyyətlərin öhdəsindən necə gəlirsiniz?
  • ❖ Beş ildən sonra özünüzü harada görürsünüz?

Əvvəlki işinizlə bağlı suallar.

Sizdən, şübhəsiz ki, niyə getdiyiniz və ya işinizi niyə tərk etməyi planlaşdırdığınız soruşulacaq. Niyə iş yerinizi dəyişdirmək istədiyinizi yaxşı izah etdiyinizə əmin olun.

  • ❖ Niyə indiki işinizi tərk etmək istəyirsiniz?
  • ❖ İşinizi dəyişməyə sizi nə vadar etdi?
  • ❖ Hansı səbəbdən işdən çıxarıldınız?
  • ❖ Niyə uzun müddət işsiz qaldınız?
  • ❖ Son işinizdən bəri nə işlə məşğul olmusunuz?

Kvalifikasiya və bacarıqlarla bağlı suallar.

Bu cür suallara müsahibə zamanı cavab verərkən təcrübənizi vurğulamaq üçün iş təcrübənizdən nümunələr verin.

  • ❖ Praktiki təcrübəniz varmı?
  • ❖ Sizcə, bu vəzifə üçün kifayət qədər bacarıqlarınız varmı?
  • ❖ Sizi digər namizədlərdən fərqləndirən cəhət nədir?
  • ❖ Hansı vəzifə sizin üçün daha asan olardı?
  • ❖ İşinizdə sizə nə çətinlik yaradacaq?

İş təcrübəniz və nailiyyətləriniz haqqında suallar.

Müsahibə zamanı cavabınızı nailiyyətlərinizə, çətinliklərin öhdəsindən gəlməyə, komandaya kömək etməyə yönəldin. Səhvlər barədə soruşduqda, nəticədə nə öyrəndiyiniz və necə inkişaf etdiyiniz barədə danışın.

  • ❖ Son işinizdə əsas gördüyünüz işlər nələr idi?
  • ❖ Son işinizdə qarşılaşdığınız ən böyük çətinliklərdən danışın? Onlarla necə mübarizə apardınız?
  • ❖ Son işinizdə ən böyük uğurunuz və ya uğursuzluğunuz nə olub?
  • ❖ İdeal iş mühitinizi təsvir edin?
  • ❖ İşdən çıxdığınız zaman nə etdiyinizi bizə deyin.

İdarəetmə və komanda işi ilə bağlı suallar.

Bu sual sizin komandada yaxşı işləyə bilmə bacarığınızı və yaxud yalnız öz işinizə diqqət ayırıb onu yerinə yetirməyə üstünlük verən bir insan olduğunuzu ortaya qoyur.

  • ❖ İdeal bir rəhbəri necə təsvir edirsiniz?
  • ❖ Menecerinizin böyük bir səhv etmək üzrə olduğunu görsəniz, nə edərsiniz?
  • ❖ Menecerinizdən nə gözlədiyinizi deyə bilərsiniz?
  • ❖ Rəhbərlərinizin qərarı ilə razılaşmadığınız bir situasiyaya misal göstərin.
  • ❖ Liderlik bacarıqlarınızdan necə istifadə etdiyinizə dair bir nümunə deyin.

Arzu etdiyiniz iş ilə bağlı suallar.

Cavabınızda mütləq şirkətə lazım olan məqamları daxil edin (işə dair olan tələblərdə həmin məqamlar qeyd olunub). İşə yanaşmanızı xarakterizə edən bir məqama misal göstərin. Sizi digər namizədlər arasında fərqləndirən cəhətləri, eyni zamanda güclü və zəif tərəfləri bildirin.

  • ❖ Niyə bu işlə maraqlanırsınız/niyə bizimlə işləmək istəyirsiniz?
  • ❖ Şirkət haqqında nə bilirsiniz?
  • ❖ Sizi niyə işə götürməli olduğumuzu izah edin?
  • ❖ Şirkətin inkişafına hansı töhfəni verə bilərsiniz?
  • ❖ Maaş gözləntiniz nə qədərdir?

Müraciət etdiyiniz işlə bağlı müsahibədə suallara cavab verərkən dürüst olun. Çox güman ki, müsahibiniz sualların cavablarının bəzilərini əvvəlcədən biləcək. Bir çox suallar sizin CV-nizi yoxlamaq üçün verilir.

Qeyri-standart müsahibə suallarına necə cavab vermək olar❓


Belə bir vəziyyəti təsəvvür edin: namizəd müsahibəyə gəlir, o, karyerası və biliyi ilə bağlı bütün standart və məntiqli suallara hazırdır. Lakin sonra ona hazır olmadığı qeyri-standart suallar verilir: "Saatın əqrəbləri gündə neçə dəfə bir mövqedə üst-üstə düşür?", "Şəhərin bütün pəncərələrini nə qədər pula yuya bilərsiniz?”

is musahib suallari


Belə bir sual hətta təcrübəli mütəxəssisi çaş-baş vəziyyətə sala bilər.

Belə bir vəziyyətdə necə çaşmamaq olar?

Bu vəziyyətdə  sizin bu suallara çaşqın reaksiya verməyinizin normal bir hal olmasını xatırlatmaq lazımdır. HR menecerləri bunu bilir və bir neçə dəqiqə düşünmək istəyinizi sakitliklə qəbul edəcəklər.

Müsahibələr sizin əsaslandırma və problem həll etmə bacarıqlarınızı real görmək üçün sizə qeyri-ənənəvi məntiq sualı verə bilər. Önəmli olan sizin reaksiyanızdan çox düzgün cavabınızdır.

Uğursuz reaksiya: əsəbləşmək, cavab verməkdən imtina etmək və ya düşünmədən dərhal cavabı bilmədiyinizi söyləməkdir.

Uğurlu reaksiya: düşünmək üçün bir dəqiqə vaxt istəyin, məntiqli cavab tapmağa çalışın. Bu yanaşma sizi açıq, əlçatan, problemi həll edən insan kimi göstərəcək (hətta düzgün cavab tapmasanız belə).

Məntiq sualları əvvəllər daha çox məşhur idi. Bir çox saytlarda müsahibələrdə verilən çətin sualları olan məqalələrə rast gəlmək olar. Amma indi hətta bir çox şirkətlər bu texnikadan imtina edib, çünki belə bir suallara mükəmməl cavab namizədin öz işini yaxşı görəcəyinə zəmanət vermir.

Əsas qayda: sizə hansı sual verilirsə, cavabınızda ən yaxşı peşəkar keyfiyyətlərinizi nümayiş etdirməyə çalışın.

Qeyri-standart müsahibə suallarına cavab nümunələri.

Şəhərimizdəki bütün binalarda neçə pəncərə var?

Bu məntiqi suallardan biridir. Məqsəd, özünüzü nə qədər tez toparlaya biləcəyinizi, həll yolu tapmaq vəzifəsini götürə biləcəyinizi və cavabınızı əsaslandıra biləcəyinizi görməkdir. Siz dəqiq cavabı bilmirsiniz. Narahat olmaq və sualdan yayınmaq əvəzinə, problem həll etmə bacarıqlarınızı nümayiş etdirmək şansından istifadə edin.

Düşünmək üçün bir neçə dəqiqə istəmək və sonra həll planınızı təqdim etmək yaxşı olar:

is musahib suallari

Mən bu problemi üç mərhələdə həll edərdim. Bir neçə fərziyyələrim var və indi sualı qruplara bölməliyəm. Son addım hesablamalar aparmaqdır. Şəhərimizdə çoxlu müxtəlif tikililər var, ona görə də üç əsas növ həll ilə işləyəcəm - hündürmərtəbəli binalar, ofis binaları və fərdi evləri bir yerə yığsaq, şəhərdə 1 milyon insan var, deyək ki, hər mənzildə orta hesabla 3 pəncərə var.

Hobbiləriniz haqqında məlumat verin

Cavabınızı planlaşdırarkən, müraciət etdiyiniz işə uyğun hobbinizi qeyd edə bilərsiniz. Bu hobbilər vasitəsilə inkişaf edən bacarıq və keyfiyyətləri vurğulayın. Vəzifə və hobbi arasında əlaqəni tapın (işə dair tələblər və şirkətin veb saytı buna kömək edəcək). Hobbiləriniz haqqında necə danışdığınız da vacibdir. Məsələn, könüllülük təcrübəsi ünsiyyət bacarıqlarına və güclü yumşaq bacarıqlara, idman liderlik keyfiyyətlərinə, turizm təşkilatçılıq bacarıqları ilə uyğun ola bilər.

“Məktəb vaxtlarından bəri voleybolu sevirəm. Orada meydança var və mən bu il komandamızın kapitanı seçilmişəm. Ona görə də komandamdan isinmə hərəkətləri etmək üçün bir saat tez meydana çıxmağı xahiş edirəm. Mən yeniyetmələrin bizə qoşulmaqda maraqlı olması üçün bir neçə rayon üzrə komandalar arasında yarış təşkil edə bildim və komanda kapitanı kimi təcrübəm mənə təlim təşkil etmək imkanı verdi. Mən sizin saytınızda komanda məşqlərinin fotolarını gördüm və bilmək istərdim ki, siz adətən açıq havada idmanla məşğul olursunuz?

Pul qazanmaq məcburiyyətində olmasaydınız nə edərdiniz?

Bu sualı verməklə işəgötürən sizin istəkləriniz və dəyərlərinizi öyrənmək istəyir. Sualın forması fərqli ola bilər, ancaq vəzifəniz həmişə eynidir - cavabı vəzifəyə uyğun keyfiyyətlərə və karyeranıza sadiq olmağınıza bağlayın.

Ən sevdiyiniz film/kitab/rəng hansıdır? Siz hansı heyvan/həndəsi fiqursunuz?

İşəgötürən bu sualı şəxsiyyətiniz haqqında daha çox öyrənmək və ya özünüzü gərgin hiss edirsinizsə, özünüzü daha rahat hiss etmək üçün verə bilər. Narahat olmayın, burada düzgün cavab yoxdur. Rahat olun və lazım olduqda səbəbini izah edərək sadə bir cavab verin.

İşəgötürəninizə verilə biləcək suallar


Müsahibənin sonunda adətən namizəddən suallarının olub-olmadığı soruşulur. Bu, sadəcə olaraq nəzakətli bir davranış deyil. Bu, namizədin özünü sübut etməsi üçün ona verilən bir şansdır.

is musahib suallari

İşəgötürəninizə sual vermək üçün iki səbəb:

Şirkət və vəzifə ilə maraqlandığınızı və ev tapşırığını etdiyinizi və şirkətin əhatə dairəsi haqqında hər şeyi öyrəndiyinizi göstərin.

Xoşagəlməz sürprizlərdən çəkinin. Müsahibə zamanı biznesin sağlamlığı və gələcəyi ilə bağlı sual verməklə, yaxın gələcəkdə işdən çıxarılmaların və ya maaş gecikmələrinin olub-olmadığını təxmin edə bilərsiniz.

Əvvəlcə öhdəliklər haqqında dəqiqləşdirici bir sual verin. “Mən bunu düzgün başa düşdüm...” ifadəsini işlətmək uyğun olardı.

İşə düzəlmə, cədvəl, iş şəraiti, əmək haqqı və sınaq müddəti ilə bağlı açıq-aşkar təşkilati suallara əlavə olaraq, şirkətin inkişafı və cari layihələri haqqında soruşun.

Müsahibə zamanı işəgötürənə veriləcək sualların siyahısı:

  • ❃ Bu vəzifədə olan şəxs adətən hansı çətinliklərlə üzləşir?
  • ❃ Bu işdə uğur necə qiymətləndirilir?
  • ❃ Şirkət qaydaları haqqında məlumat verə bilərsinizmi?
  • ❃ İlk iş günlərimiz necə olacaq? Hər hansı bir treninq və ya təlim planlaşdırılırmı?
  • ❃ Sınaq müddətində yeni işçidən hansı nəticələr gözləyirsiniz?
  • ❃ Konfidensiallıq müqaviləsi bağlamaq lazımdırmı?
  • ❃ Mənim vəzifəm işgüzar səfər və ya əlavə layihələrdə iştirak tələb edirmi?
  • ❃ Bu vəzifədə artım perspektivləri nələrdir?
  • ❃ Şirkətin inkişaf planları hansılardır?
  • ❃ Qərar verməyinizə kömək etmək üçün edə biləcəyim başqa bir şey varmı?

Son sualınız növbəti ünsiyyəti davam etdirməklə bağldır. Növbəti addımların nə olduğunu və nə vaxt cavab ala biləcəyinizi soruşun.

Məsləhət

Müsahibədən sonra işə götürənə vaxt ayırdığı üçün təşəkkür məktubu göndərə bilərsiniz.

Yekun


Müsahibəyə hazırlaşmaq uğurun açarıdır. Şirkət və vakansiya haqqında mümkün qədər çox məlumat tapın: iş təsvirində, şirkətin saytında, digər saytlarda, sosial şəbəkələrdə. Şirkətin ehtiyac duyduğu bacarıqları vurğulayın.

is musahib suallari


Standart müsahibə suallarını öyrənin. Özünüz, bacarıqlarınız və təcrübəniz haqqında suallara cavablar üzərində düşünün. Sözlərinizi təsdiqləmək və sübut etmək üçün aydın nümunələr tapın.

Yersiz görünə biləcək qəribə və qeyri-adi suallara hazır olun. Suallar "Sevdiyiniz rəng hansıdır?" və ya "Hazırda dünyada nə qədər insan yatır?" qəribə səslənir, lakin cavabınız sizin yaradıcılığınızı və problem həll etmək bacarığınızı göstərə bilər.

Nəhayət, işəgötürəninizə suallar verməkdən çəkinməyin. Bu, həvəsinizi və şirkət haqqında biliklərinizi göstərmək və işin sizə uyğun olmasını təmin etmək üçün bir şansdır. Söhbətinizdə müsahibə zamanı  ortaya çıxmayan bir şey haqqında soruşun.

CV-nizi ən yaxşı şablonlarla yaradın


Tez - tez verilən suallar

İş müsahibəsi nə qədər vaxt aparır?

İş müsahibələri ümumiyyətlə yarım saatdan bir saata qədər davam edir. Müddət şirkətin işə qəbul komandasındakı insanların sayına, vəzifənin təfərrüatlarına və çox sayda namizəd həcminə görə dəyişir.

İş müsahibəsinə hansı rəngdə paltar geyinmək lazımdır?

İşəgötürənlərin iş görüşmələri zamanı ən çox üstünlük verdiyi rənglərin açıq mavi və ağ olduğu bilinsə də, seçməli olduğunuz rəng müraciət etdiyiniz sektora və şirkət qaydalarına görə dəyişə bilər.

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət pulsuz kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-nizi yaradın

Yükləmək üçün məktublar nümunəsi

Qapaq məktubu şablonu
Qapaq məktubunun dizaynı
Tələbələr üçün əhatə məktubu şablonu - universitet
Nişan məktubu üçün şablon