15 dəqiqə ərzində CV-nizi yaradın
Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət pulsuz kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.
İş müraciəti üçün məktubu hazırlayan zaman yazıya uyğun gələn müraciət formalarından istifadə etməli və işəgötürənə hörmətinizi bildirməlisiniz.
Bu yazıda biz sizə peşəkar məktublarda istifadə olunan müraciət, salamlamalar və xitab formaları haqqında məlumat verəcəyik.
Məktubda müraciət, salamlama nədir?
Müraciət formaları əlaqədar şəxsiyyətlərarası ünsiyyətin əsasını təşkil edir. Salamlama ünsiyyət üçün ilkin olaraq digər şəxsə müraciət, xitab etmə formasıdır. Müraciət formaları şəxsin yaşından, cinsindən və tutduğu vəzifədən asılı olaraq dəyişə bilər.
Məsələn, rəsmi situasiyada kiməsə “siz” deyə müraciət etmək məqsədəuyğun olsa da, daha səmimi şəraitdə “sən” sözünü işlətmək də məqsədəuyğun hesab oluna bilər.
Ünsiyyətin uğurlu olması üçün şərait və vəziyyətə uyğun kontekstdə ton seçmək vacibdir. Emosional mühitdə səmimi müraciət formasına üstünlük verilsə də, rəsmi mühitlərdə rəhbərlərinizlə daha peşəkar müraciət formalarından istifadə etmək daha məqsədəuyğun hesab oluna bilər.
Müraciət üsuluna təsir edən digər vacib və böyük amil insanların məruz qaldığı sosial mədəniyyət səviyyəsidir. Yaşadığınız şəhər, təhsil və ailə quruluşu kimi dəyərləri və normaları nəzərə alaraq ünsiyyət qurmaq və müraciət forması seçmək lazım ola bilər.
Nəticədə ünsiyyətdə olan incə məqamlar salamlama, xitab və ya müraciət vasitəsilə ifadə olunur. Düzgün seçilən müraciətdən istifadə birinci növbədə ünsiyyəti gücləndirir və qarşı tərəfin anlayışını və əməkdaşlığını artıra bilər. Ona görə də ünsiyyət zamanı xitab, salamlama və ya müraciət sözündən istifadə edərkən diqqətli olmaq, qarşı tərəfin gözləntilərini və üstünlüklərini nəzərə almaq müsbət amillərdən biridir.
Qapaq məktubu və ya müşayiət məktubu, orda istifadə olunan salamlar. Xüsusiyyətlər və tələblər
İlk öncə Azərbaycan dilində Qapaq məktubuna müşayiət, örtük, əhatə məktubu da deyirlər. CV üçün qapaq məktubunu əlavə etmək məcburi olmasa da bu, sənədin son dərəcə vacib hissəsidir. Bu, işə götürənin diqqətini cəlb edən və müvafiq olaraq vəzifə əldə etmək şansını artıran müəyyən bir işə olan marağınızı ifadə edir.
Bunu necə yazmaq olar? Məktubun işinizə yarıması üçün onu çox diqqətlə tərtib etmək lazımdır. Mətn savadlı, düzgün formatlaşdırılmalı və aydın struktura malik olmalıdır. Əks təqdirdə, belə bir məktub nəinki şirkətdə işə düzəlmə ehtimalını artırmayacaq, əksinə, minimuma endirə bilər.
Belə bir sənəd adətən CV-ni tamamlayır və bu konkret şəxsin niyə bu vakansiyaya uyğun olduğunu və digər müraciət edənlərdən fərqli olaraq şirkətə faydalı olan nəyi gətirə biləcəyini izah edir. Əslində, bu, mütəxəssisin potensialı haqqında bir məlumatdır. İlk növbədə namizədi söhbətə dəvət etmək qərarına təkan verən və ya sizi görüşü təxirə salmağa məcbur edən məktubdur.
Əslində vakansiya üçün müraciət etmək üçün belə bir sənəd tələb olunmur. Lakin onun mövcudluğu namizədi ümumi fondan fərqləndirməyə imkan verir. Amma əgər elanın mətni əhatə məktubuna ehtiyac olduğunu göstərirsə, onda mütləq bu sənədi əlavə etmək tövsiyə edilir.
Ümumiyyətlə, Azərbaycanda bir çox işəgötürən örtük məktubu təqdim etməyə müsbət yanaşır. Onları təqdim edən namizədlər potensial menecer və ya HR menecerin marağına səbəb olur. Ancaq CV üçün örtük məktubu məntiqli olmalı, lazımi məlumatları qısa şəkildə təqdim etməli və heç bir səhvə yol verməməlidir.
Salamlama
Məktubun əvvəlində işəgötürənin adını çəksəniz, bu məktub artıq ad çəkilməyən məktublar sırasında sizə üstünlük qazandıracaq. Əgər şəxsin adını və soyadını bilmirsinizsə, sadəcə olaraq şöbə işçisinə müraciət edin. Mətni belə başlaya bilərsiniz: “Hörmətli..” və ya sadəcə “Hər vaxtınız xeyir,...” və ya “Salam,...” sözləri ilə, adını və ya tutduğu vəzifəni qeyd etməklə müraciət edin.
Sonuncu punktda siz həmçinin bəzi məsələlərin aydınlaşdırılması üçün görüş və ya müsahibə təklif edə bilərsiniz.
Mətni düzgün bir ifadələrlə sonlandırın. Çox vaxt bu məqsədlə “Hörmətlə,…” , "Xoş arzularla,..." sözləri istifadə olunur.
İmza və əlaqə
Qapaq məktubu və CV-dəki bu məqamlar tam uyğun olmalıdır. Onları sadəcə Cv-dən kopyalayıb məktuba yapışdıra bilərsiniz.
Vakansiya yaradıcı işlə bağlı olduqda, örtük məktubunda portfolio və ya gördüyünüz işlərin yerləşdiyi ümumi bir qovluğa keçid əlavə etmək çox müsbət qarşılanar.
Həddindən artıq minnətdarlığa ehtiyac yoxdur.
İşəgötürən kimi minlərlə CV-ni nəzərdən keçirən peşəkarlar, namizədlə müsahibənin olub-olmaması barədə qərar vermək üçün əhatə məktubunun tonunun vacibliyini vurğulayırlar. Mətndə həddindən artıq, çox tez-tez minnətdarlıq ifadələri iş tapmaq üçün ümidsiz olan bir insanın qürur hissini aşağı qiymətləndirdiyi kimi görünə bilər. CV-ni oxuyan və vakansiya ilə bağlı qərar qəbul edən mütəxəssislər sadəcə öz vəzifələrini yerinə yetirir.
Əhatə məktubunda təcrübə və nailiyyətlər haqqında danışmaq daha yaxşı hesab olunur. Bununla bağlı nümunə təcrübə və peşəkar uğurlar haqqında məlumatlarla dolu olmalıdır. Lazımsız minnətdarlıq hisslərini daxil etməyin.
Sərt olmaq lazım deyil.
Siyahıda bacarıqlarınızı bir-bir qeyd etsəniz bunu oxumağın çətin ola biləcəyini unutmayın. Nəzərə alın ki, bu cür əhatə məktubları çoxdur.
Burada məqsəd başqalarından daha üstün olduğunuzu, niyə müsahibəyə getməli olduğunuzu vurğulamaqdır.
Məktubda bu işə həvəs göstərməyiniz hiss olunmalıdır.
Giriş mətnindən sonra niyə bu vəzifəyə ən yaxşı namizəd olduğunuzu izah edin. Son işlədiyiniz şirkətdəki işinizin faydalarını göstərin, bu cür işi bəyəndiyinizi və həvəslə yanaşdığınızı göstərin.
Dəyərli olduğunuzu vurğulayın.
Bir çox abituriyent (xüsusilə gənc mütəxəssislər) kimi, vəzifəyə gəldikdən sonra nə əldə edəcəyinizi sadalamayın. İşəgötürən bunda maraqlı deyil. Şirkətin işinə verdiyiniz töhfə onun üçün daha vacibdir. Buna görə də, fəaliyyətinin problemli sahələrini (bunun üçün işçilərlə danışa bilərsiniz), qarşıya qoyulan məqsədləri öyrənmək və təkliflərinizi vakansiya üçün əhatə məktubunda yazmaq daha yaxşıdır. Bu yanaşma işə qəbul olunma şansınızı əhəmiyyətli dərəcədə artıra bilər.
Mətni ağıllı şəkildə tamamlayın.
Müşayiət məktubunda ilk sətirlər onu oxumağa sövq edirsə "düzgün sonluq" məktubu müəyyən bir nəticə ilə “bağlayır”. Nəticə etibarı ilə siz bir daha bu vəzifəni əldə etmək və şirkətə işinizdə kömək etmək istəyinizi vurğulaya bilərsiniz, məsələn, aşağıdakı cümlə ilə: “Əminəm ki, həm şirkətinizə, həm də komandanıza faydalı ola bilərəm”.
İş axtarışı zamanı spontan və ya təsadüfi müraciət ərizəsi zamanı salamlar, müraciətlər
Uyğun bir iş elanı tapa bilmirsinizsə, daha fəal ola və işə spontan müraciət edə bilərsiniz. Təsadüfi müraciətlər zamanı əlbəttə ki, şans təbii olaraq mühüm rol oynayır. Bu zaman əsas üstünlük ondadır ki, sizin digər şəxslər rəqibiniz deyil. Siz meydanda tək mübarizə aparırsınız.
Təsadüfi/spontan iş müraciəti etdikdə diqqət yetirilməli məqamlar
Müraciət etməzdən əvvəl:
Müraciətinizi/müvafiq məktubunuzu şirkətin tələblərinə cavab vermək üçün uyğunlaşdırın və bacarıqlarınızı daha da genişləndirin.
Şirkətin missiyası və məqsədlərinin karyeranızın bu mərhələsindəki istək və bacarıqlarınıza uyğun olub olmadığını müəyyən etmək vacibdir. Nəzərə almaq lazımdır ki, dəqiq məqsədlər şirkətlər arasında fərqli olur. Hədəf olaraq şirkətin missiyasını, ehtiyaclarını və mədəniyyətini araşdırmaq çox vacibdir.
Bu məlumatı şirkətin “haqqımızda” səhifəsində və ya onların LinkedIn və ya Instagram səhifələrində tapmaq olar. Hədəf olaraq qarşınıza sizi maraqlandıran şirkətlərin sosial mediada izlənilməsi və onların davam edən layihələri, dəyərləri və insanları haqqında məlumat əldə etmək üçün təqdim etdikləri məzmunun araşdırılmasıdır.
Bu məlumatlar CV-nin, əhatə məktubununun və namizədin LinkedIn profilində nəzərə alınmalıdır. Çünki işə qəbul üzrə menecer namizədin CV-si ilə tanış olan zaman öz şirkətinə uyğun məlumatları orada görəcəkdir.
Eyni zamanda müraciət etməzdən əvvəl seçilmiş şirkət haqqında ətraflı məlumat əldə edilməsi üçün (məsələn, İnsan Resurslarının əlaqə nömrəsi, e-poçt/məktubla, iş profilləri vasitəsilə müraciətə üstünlük verildiyinə nəzər salmaq ) şirkətlə telefonla əlaqə saxlaya bilərsiniz. Bu zaman İnsan Resursları şöbəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.
Tələb olunmayan müraciəti birbaşa işəgötürənə göndərərkən əsas bacarıqlarınızı qeyd etdiyinizdən əmin olun!
Sizcə, fərq yaratmaq qədər dəyərli bacarıqlar varmı? Əla. Müəyyən bir vəzifə üçün müraciət etmədiyiniz üçün işəgötürənlər bacarıqlarınızı və sizi digər namizədlərdən nə ilə fərqləndirdiyini bir baxışda müəyyən etməlidir. Kiminsə sizinlə niyə görüşmək istədiyini dəqiq bilməlisiniz. Şirkətə nə gətirə bilərsiniz? Əsas güclü tərəflərinizi və təcrübənizi yazın və dəyər əlavə etdiyiniz nümunələri tapın.
Bu suallara cavab verməklə başlaya bilərsiniz:
İş həyatında istifadə olunan peşəkar salamlar, müraciətlər hansılardır?
İş həyatında üstünlük verilən müraciət formalarının əhəmiyyətli olmasının səbəblərindən biri də tez-tez fərqli insanlarla qarşılaşa bilməyinizdir. İstər tabeçiliyinizdən, istərsə də sizdən yuxarı vəzifə daşıyan rəhbərlərinizlə tez-tez ünsiyyət qurmalı ola bilərsiniz. Bundan əlavə, bu insanlar sizin həmişə rastlaşdığınız və ya ilk və son dəfə gördüyünüz insanlar ola bilər.
Hörmətli: Azərbaycan dilində tez-tez istifadə olunan bir müraciət formasıdır. Qarşı tərəfə nəzakət və hörmət ifadə etmək kimi mənanı verir. Daha çox yuxarı orqanlara müraciət etmək üçün istifadə olunur. Bu bir şəxsə müraciət edərkən və ya qurum və ya təşkilatları hədəf alaraq istifadə edilə bilər. Məsələn, "Hörmətli menecer", "Hörmətli xanım/bəy", "Hörmətli müəllim" kimi ifadələr də görünə bilər.
Cənab: Yuxarı orqanlara müraciət edərkən, daha çox üz-üzə və telefon danışıqlarında üstünlük verilən müraciət formasıdır. “Cənab” müraciəti təkcə rəsmilik təəssüratı yaratmır, həm də səmimiyyəti ehtiva edir. İşgüzar görüşlərdə və ya gündəlik işgüzar ünsiyyətdə daha səmimi mühit yaratmağa üstünlük verilə bilər. “Cənab” sözündən istifadə edərkən, qarşıdakı şəxsin ona müraciət üstünlükləri haqqında fikir sahibi olmaq yaxşı fikir ola bilər.
Bəy/Xanım: İş dünyasında həm aşağı, həm də yuxarı orqanlara rəsmi münasibət saxlamaq üçün tez-tez üstünlük verilən müraciət forması bəy və xanımdır. Məsələn, “Könül xanım bu gün səhər saat 10:00-da iclas olacağını bildirdi”.
Xitab: Bir insanın sahib olduğu vəzifə üzrə də müraciət etmək mümkündür. Məsələn, qarşı tərəfə müraciət edərkən “Həkim”, “Mühəndis”, “Hakim”, “Professor” kimi titullardan istifadə etmək olar.
Dəyərli/əziz: Həm fərdlər, həm də qruplar üçün rəsmi müraciət forması seçmək istədiyiniz zaman bu sözlərdən istifadə işinizi asanlaşdıra bilər. Dəyərli iştirakçılar, əziz kolleqalar kimi nümunələr sizin üçün faydalı ola bilər.
Ad: Daha səmimi və ya yaxın münasibətlərdə qarşı tərəfə onun adı ilə müraciət etmək adi haldır. Ancaq bu, insanın rahatlığına və üstünlüklərinə görə dəyişə bilər.
Rəsmi Yazışmalarda ve Məktublarda İstifadə olunan Salamlar/müraciət formaları
Rəsmi yazışmalarda istifadə olunan söz, dil həmkarlarınıza və digər peşəkarlara peşə həyatınız haqqında məlumat verən bir məqamdır.
Xüsusilə işə müraciət zamanı hələ sizi tanımayan işə qəbul heyətinə özünüzü təqdim edərkən istifadə etdiyiniz müraciət formaları sizin haqqınızda bir çox məlumat verəcək. Məktublarda, rəsmi yazışmalarda və ərizələrdə istifadə olunan müraciət klassik və gündəlik işlənən sözlər hesab olunur.
Hörmətli: “Hörmətli” müraciət sözü rəsmi yazışmalarda ən çox istifadə edilən müraciət formasıdır. Ərizələr, motivasiya məktubları və ya müşayiət məktubları kimi bütün rəsmi yazışmaların başlanğıcı “hörmətli” sözü ilə başlayır.
İstifadə nümunəsi:
Dəyərli: "Dəyərli" müraciət sözü qarşı tərəfə olan hörmət və əhəmiyyəti vurğulamaq üçün istifadə olunur. Məsələn, "Hörmətli Müştəri" və ya "Dəyərli Biznes Partnyoru". Bu söz, müraciət forması daha səmimi, lakin hələ də rəsmi ünsiyyət üçün uyğun hesab olunur.
Vəzifə adı: Bir insanın sahib olduğu vəzifə adı ilə də müraciət etmək olar. Məsələn, qarşı tərəfə müraciət edərkən “Həkim”, “Mühəndis”, “Hüquqşünas”, “Professor” kimi söz və ya titullardan istifadə etmək olar.
Hörmətlə: Bu, yazışmaların sonunda istifadə olunan ən çox işlənilən sözdür. Rəsmiliyi və hörməti ifadə edir. “Hörmətlə” sözünün ardınca adətən imza gəlir.
Təqdim edirəm: Bu ifadə rəsmi dildə sorğu, ərizə və ya arayışı ifadə etmək üçün istifadə olunur. Tez-tez ərizələrdə, rəsmi yazışmalarda və iclas gündəliyində onu qeyd edirlər. “Təqdim edirəm” ifadəsi bir məsələni qarşı tərəfə təqdim etmək, çatdırmaq və ya bildirmək üçün istifadə olunur. Bu ifadə nəzakət və rəsmiliyin qorunmasına kömək edir.
Xahiş edirəm: Bu ifadə qarşı tərəfə nəzakətli müraciət etmək üçün istifadə olunur. Xahiş etmək, bir məsələ ilə bağlı kömək istəmək və ya xahişi çatdırmaq üçün istifadə olunur.
İstifadə nümunəsi:
Rəsmi məktublar üçün yekun cümlələr
Rəsmi məktublar iş və ya korporativ ünsiyyətdə tez-tez istifadə olunan ünsiyyət vasitələridir. Rəsmi məktubun sonunda istifadə olunan yekun cümlə məktubun tonunu təyin edir və ünsiyyəti tamamlayır.
Rəsmi məktubları bitirmək üçün cümlələr və onların istifadəsi:
- Əvvəlcədən təşəkkür edirəm.
- Bu məsələni mümkün qədər tez həll etsəniz çox minnətdar olaram.
- Əlavə məlumat lazımdırsa, aşağıdakı əlaqə vasitəsilə mənimlə əlaqə saxlaya bilərsiniz.
- Sizinlə birlikdə işləməyi səbirsizliklə gözləyirəm.
- Bu məsələni sizinlə müzakirə etməyi səbirsizliklə gözləyirəm.
- Ətraflı məlumat istəyirsinizsə...
- Sizinlə əməkdaşlıq etməkdən böyük məmnuniyyət hissi duyuruq.
- Sizdən ən qısa zamanda eşitmək ümidi ilə.
- Hörmətlə.
- Ən xoş arzularla
- Çox sağ ol.
- Əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik.
- Sizə cansağlığı və uğurlar arzulayıram.