Tövsiyə məktubları nədir?

Bu yazıda sizə ətraflı məlumat vermək istəyirəm. Tövsiyə məktubu birinin öz əməkdaşlarına, tələbələrinə və bu kimilərinə onun mövqeyini, iş təcrübəsini və xüsusilə müsbət cəhətlərini ifadə etmək üçün yazdığı məktubdur. Tövsiyə, verilən şəxsin bir başqa şəxsə ya da şirkətə bir işçini təqdim etmək üçün, onun işdəki öhdəliklərini necə icra etməsi və ya problemləri necə həll etdiyini tövsiyə edərək yazılır. Son zamanlar belə məktublar iş görüşmələrində xüsusilə əhəmiyyətli olub.

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət pulsuz kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-mi yaradın
Mündəricat
Mündəricat

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət pulsuz kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-mi yaradın

Tövsiyə məktubu nədir?


tövsiyə məktubları

Tövsiyə məktubu hər işçiyə verilmir. Şirkət rəhbərləri o şirkətdə yaxşı çalışmış işçilərinə verməyi üstün tuturlar.

Tövsiyə məktubu həmin işçinin şirkətdəki son keçmişini göstərən güzgü kimidir. Onun iş keçmişinə dair ətraflı məlumat verən bir sənəddir. Bu o dərəcədə əhəmiyyətlidir ki, həmin şəxsi karyera qurmaqda irəli apara və ya ona böyük kömək edə bilər.

Tövsiyə məktubları kim tərəfindən yazılmalıdır?


Səlahiyyətli şəxs və sizi tanıyan biri tərəfindən yazılmalıdır. O bu məktub ilə başqa bir şirkətə işə qəbul olmaq üçün gedən işçinin köhnə iş yerindəki fəaliyyətini və onun davranışını öyrənmək üçün onun yeni rəhbəri məlumat almaq üçün müraciət edə bilər.

Bu məlumatı vermək üçün həmin şəxsin səlahiyyəti olmalıdır. Yəni tövsiyəni verən şəxs şirkətin direktoru, direktor müavini, insan resursları üzrə menecer tərəfindən yazılmalıdır. Bu sadə dillə desək, onu alan şəxsə yeni işə qəbul olmaqda kömək etməlidir.

Tövsiyə məktubuna nələr daxil edilməlidir?


Sizə deyim ki, tövsiyə məktubunun necə yazılması haqqında standart prosedur yoxdur. Tövsiyə məktubunun məzmunu işin xarakterinə görə dəyişə bilər.

Bəzən şirkətlər tələb olunan məktubun onların istədiyi şəkildə yazılmasını istəyirlər. Bu istəyə hörmətlə yanaşılmalıdır.

Məsələn, məktub işçinin şəxsi davranışlarını əhatə etməlidir və ya əl ilə yazılmalıdır. Qeyd edim ki, ümumi istifadə olunan sözlərlə məktubun yazılması yaxşı deyil. Ona görə də məktubu bu sahədə böyük təcrübə əldə etmiş birinin yazması məqsədəuyğundur.

Tövsiyə məktubunu qəbul edib etməmək artıq müraciət etdiyiniz şirkətin rəhbərindən aslıdır.

Məsələn, məktubun şirkətin ən yüksək vəzifəli şəxsi tərəfindən imzalanmadığını, daxil edilmiş məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini, işçiyə dair bilmək istədiyi əlavə məlumatların azlığını əsas gətirərək məktubu qəbul etməyə bilər.

Hüquq tərəfindən bu məktubları mütləq hər şirkətin qəbul etməsi yazılmayıb. Təhsil müəssisələri üçün də bu keçərlidir.

tövsiyə məktubları

Tövsiyə məktubu necə format edilməlidir?


Daxil edilmiş məlumatlar qısa və dolğun olmalıdır. Digər diqqət verilməli bir cəhət isə məktubun tarixidir. Şrift eyni olmalıdır və dizayna xüsusi diqqət yetirilməlidir.

Məsələn, məktub illər əvvəl yazılıbsa təbii ki, tövsiyə məktubu çoxdan yazılıb deyə qəbul edilməyə bilər. Tövsiyə məktubunu yazmaq kimi onu format etmək də böyük məsuliyyət tələb edir.

Gəlin qəbul edək ki, məktubun məzmunu necə olursa olsun onun formatı düzgün və səliqəli olmasa, o məktubu heç kim qəbul etməz. Məktubu formatlayan şəxsdən yüksək bacarıq və əlavə kompüter bilikləri tələb olunur.

"Microsoft Office" bu məktubu yazmaqda əvəzolunmazdır. Xüsusilə "Word" proqramı qeyd edilməlidir. Əlavə etmək istərdim ki, tövsiyə məktubunu savadlı, bilikli və yuxarıda qeyd etdiyim kömpüter bacarıqları olan şəxs yazmalıdır.

Əlaqə vasitələri və rekvizitlər

Məktubda onu verən şəxsin vəzifəsi, əgər şirkət tərəfindən verilirsə şirkətin möhürü, e poçt və ünvanı, telefonu, imzası və tarixi olmalıdır. E poçt ünvanının olması bəlkə də bəzilərinə əhəmiyyətsiz görünə bilər ancaq bu vacibdir. Çünki e poçt vasitəsilə də məktubu verən şəxslə əlaqə yaradıla bilər.

Eyni şəkildə telefon nömrəsinin olması da vacibdir. Bunlar ümumi qəbul olunmuş nüanslardır. Sizi qane etməyən məktuba əlavələr edilməsini istəyə bilərsiniz. Məsələn, faks nömrəsi və ya şirkətin VÖEN-i kimi.

Məktublardakı ən ciddi səhvlər

Bu səhvlər əsasən orfoqrafik və format səhvləri olur. Bəzən ad və soyad, tarix və ünvan səhvləri ola bilir.

Kompetürdə olan şablondan istifadə edərək eyni məzmunu fərqli şəxslər üçün də yazırlar. Bu düzgün deyil. Məktubu alarkən bunlara diqqət edin.

tövsiyə məktubları

Tövsiyə məktubu təhsil sahəsində.


Tələbə olan hər kəs tövsiyə məktubunun əhəmiyyətini daha yaxşı anlayırlar. Təhsil sahəsində tövsiyə məktubuna müraciət edən daha çox olur. Akademik təhsil alan tələbə digər universitetə müraciət etdikdə yüksək ehtimalla ondan tövsiyə məktubu istəyəcəklər.

Artıq 2007-ci ildən bəri Azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı-na müraciət etmək üçün sizə təhsil aldığınız, ya da iş yerindən 2 tövsiyə məktubu tələb olunur. Bu məktublar Azərbaycan və ingilis dilində ola bilər. Məktubları sizi tanıyan şəxsin yazması məsləhətlidir.

Təhsil sahəsində tövsiyə məktubunu müəllim və ya professor yazır. Digər səlahiyyətli şəxslər də yaza bilər. Bu sahədə verilən məktubda tələbənin şəxsi keyfiyyətlərindən çox onun akademik təhsil aldığı müddətdəki təhsil keçmişi yazılmalıdır.

Məsələn, onun hansı bacarıqları var, oxuduğu müddət ərzində əldə etdiyi elmi biliklər hansılardır və sairə məlumatlar məktuba daxil edilməlidir.

Xaricdə təhsil alanlar üşün tövsiyə məktubu


Xaricdə təhsil alan tələbələr üçün

Bu suala cavab olaraq, xaricdə təhsil alanlar universitet tərəfindən verilən məktubları öncə apostil etməlidirlər. Hansı dildə yazılmağından asılı olmayaraq dilimizə tərcümə edilməlidir. Ola bilsin ki, xaricdəki tələbə bu barədə məlumatlı deyil, ona kömək edin.

Sizə bu işdə kömək üçün deyim ki, müraciət etdiyiniz tərcümə şirkətinə diqqət yetirin. Onların etibarlı olduğunu bildikdən sonra müraciət edin. Xaricdə təhsil almaqda sizə kömək etmək istərdim ancaq bu başqa söhbətin mövzusudur.

İnternetdə araşdırma edə bilərsiniz ya da bu işlərdə təcrübəsi olan birindən məsləhət əldə edin.

tövsiyə məktubları

Akademik təhsil barədı tövsiyə məktubu nədir?

Bu məktub tələbənin ali təhsil alması və ya akademik qərarlarını almaq məqsədi ilə yazılmış məktubdur. Məktub, tələbənin hansı qabiliyyətlərə sahib olduğunu və tələbə olduğu müddət ərzində tədris proqramında necə iştirak etdiyi və hər hansı sahədəki istedadı barədə məlumat almaq üçündür.

Formatına görə demək olar ki, tövsiyə məktubları bir-birindən fərqlənmir və məzmunu fərqli ola bilər. Eyni şəkildə akademik tövsiyə məktubu da. Bu rəsmi sənəd olmaqla yanaşı insanı motivasiya edən bir vasitə kimi də qəbul olunmalıdır. Sizi motivasiya edən hər şey yaxşıdır. Bununla bağlı fikirlərinizi bizə yazın.

Referans və tövsiyə məktubu arasında fərq varmı?


Bir çoxları referans və tövsiyə məktubunun eyni olduğunu düşünür. Lakin bu belə deyil. Arada az da olsa fərq var. Referansda daha çox şəxsin insani keyfiyyətlərinə üstünlük verilir yəni bir növü şəxsi analiz edir.

Tövsiyə məktubu isə şəxsin bilik və bacarıqlarının təsvirinə yönəlmişdir. Məsələn, tələbənin keçdiyi fənnlərdən hansı nailləyətlər qazandığı barədə məlumat.

Gəlin, aşağıdakı tövsiyə məktubuna nəzər yetirək və hər kəsə uğurlar diləyək!

tövsiyə məktubları

Tövsiyə məktubu

Təhsil İdarəsinə təqdim etmək üçün:

Mənim üçün Lalə Əliyevanı xaricdə təhsil proqramına daxil edilməsi üçün Sizə tövsiyə etmək çox xoşdur. Mən Laləni “Poliqlotlar Qrupu”-na kifayət qədər yuxarı balla daxil olduğu gündən bəri tanıyıram. Artıq 2 ildir ki, onunla bərabər bu qrupda biliklərimizi artırırıq.

Bu müddət ərzində mən onun təhsilində davamlı inkişafının şahidi olmuşam. Onu bacarıqlı tələbə, yüksək insani keyfiyyətləri olan biri kimi tanıdığım üçün deyə bilərəm ki, Lalə bu proqramı qazanmaq üçün ən uyğun namizədlərdən biridir.

Təhsil aldığı müddətdə Lalə çox mehriban və hədəflərinə çatmaq üçün əzmlə çalışan bir tələbə kimi özünü göstərmişdir. Təcrübəyə də əhəmiyyət verən Lalə Azərbaycanda nüfuz qazanmış "Azersun" və "Lukoil" kimi şirkətlərdə təcrübə keçmişdir. Bir tələbə üçün bu yaxşı göstəricidir.  Lalənin başqa üstün keyfiyyətlərindən biri də onun liderlik qabiliyyətidir.

Lalə, dəfələrlə ölkədə keçirilən yarışlarda təltif olunmuşdur və universitetin hörmətini qazanmışdır. Məncə, Lalənin çətinliklik dərəcəsindən asılı olmayaraq hər işin öhdəsindən gələ bilər. Çünki bu potensiala malik olduğunu dəfələrlə sübut etmişdir. Lalənin müsbət xüsusiyyətlərindən çox yaza bilərəm lakin əsas xüsusiyyətlərini vurğuladığımı hesab edirəm.

Ümumi nəticəyə gəldikdə isə Lalə Əliyevanı bu proqram üçün tövsiyə edirəm. Bu tövsiyə məktubu  ilə bağlı hər hansı sualınız yaranarsa mənə yaza bilərsiniz.

Qeyd. E poçt ünvanıma cavab yazın və ya telefonuma mesajla cavab yazın.

Hörmətlə:

Professor, Alışova Səbinə.

Tel. 423-198-786


CV-nizi ən yaxşı şablonlarla yaradın


Tez-Tez Verilən Suallar

Tövsiyə məktubu nədir?

Tövsiyə məktubu birinin öz əməkdaşlarına, tələbələrinə və bu kimilərinə onun mövqeyini, iş təcrübəsini və xüsusilə müsbət  cəhətlərini ifadə etmək üçün yazdığı məktubdur.

Tövsiyə məktubu kim tərəfindən yazılmalıdır?

Səlahiyyətli şəxs və sizi tanıyan biri tərəfindən yazılmalıdır.

Akademik təhsil barədı tövsiyə məktubu nədir?

Bu məktub tələbənin ali təhsil alması və ya akademik qərarlarını dəstəkləmək məqsədi ilə yazılmış məktubdur.

Referans və tövsiyə məktubu arasında fərq varmı?

Referansda daha çox şəxsin insani keyfiyyətlərinə üstünlük verilir yəni bir növü şəxsi analiz edir. Tövsiyə məktubu isə şəxsin bilik və bacarıqlarının təsvirinə yönəlmişdir.

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət pulsuz kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-nizi yaradın

Yükləmək üçün məktublar nümunəsi

Qapaq məktubu şablonu
Qapaq məktubunun dizaynı
Tələbələr üçün əhatə məktubu şablonu - universitet
Nişan məktubu üçün şablon