Təcrübə üçün axtarış/Təcrübə nədir? Təcrübəçi kimdir?

Gəlin əvvəl təcrübənin nə olduğunu öyrənək. Təcrübə çox zaman işədüzəlmə ilə əlaqələndirilir və məzunlar və ya gənc mütəxəssislər üçün müvəqqəti iş və ya təlim proqramı hesab olunur.

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət pulsuz kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-mi yaradın
Mündəricat
Mündəricat

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət pulsuz kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-mi yaradın

Təcrübənin əsas məqsədi əvvəl praktiki təcrübə qazanmaq və sonra  konkret sahədə işləmək üçün lazım olan xüsusi bacarıqları öyrənməkdir.

Təcrübəçilər adətən real iş tapşırıqlarını yerinə yetirirlər, təcrübəli mütəxəssislərin nəzarəti altında işləyir və işlərinə görə müəyyən məvacib alırlar.

Təcrübə müddəti elə qurulur ki, yeni işçi təcrübəli mentorun rəhbərliyi altında praktiki bacarıq və bilik əldə etsin.

Təcrübəçi vəzifədirmi?


t crub ucun axtaris


Bu sual çox adamı düşündürür. Hüquqi cəhətdən xeyr. Ancaq işəgötürən əvvəl ştat cədvəlində belə bir  vəzifə olmasa da sonra onu əlavə edə bilər.

Təcrübəçi iş tapşırıqlarını mentorun nəzarəti altında müstəqil şəkildə yerinə yetirir. Təcrübəçi peşənin bütün incəliklərini və təfərrüatlarını özü dərk etməyi öyrənməlidir.

Təcrübəçi ilə müqavilə bağlanılırmı?

Təcrübəçi ilə müəyyən müddətli və ya müddətsiz müqavilə bağlanılır. Təcrübə uğurlu olarsa, işəgötürən mövcud müqaviləyə əlavə müqavilə bağlayır: müqavilə müddətli olubsa, müqavilədə onun daimi əsasa keçirildiyi öz əksini tapır.

Əgər əvvəl müqavilə müddətsiz olubsa, o zaman müqavilədə başqa vəzifəyə keçid haqqında məlumat göstərilir. Bundan sonra işçiyə standart iş şərtləri tətbiq olunur.

Təcübə proqramlarının  məqsədi


Hazırki dövrdə bir qrup işəgötürənlər namizədin CV-ni gözdən keçirərkən ilk növbədə onun iş təcrübəsinə nəzər yetirirlər. Onların fikrincə təcrübəli işçi qısa müddət ərzində az maliyyə itkisi ilə onun şirkətinə daha çox xeyir verə bilər.

Bu yanaşma təhsil müəssisələrini yeni bitirmiş namizədlər üçün xeyli çətinlik yaradır və eyni zamanda ölkəmizdə işsizliyin səviyyəsini artırır.

Bunun qarşısını almaq məqsədilə bu gün bir sıra ayrı-ayrı fəaliyyət sahələrində müxtəlif  istiqamətlər üzrə fərqli təcrübə proqramları həyata keçirilir.

Bu gün ölkədə də bir çox təcrübə proqramları təşkil olunur ki, bunların da gənclərin gələcəyi və karyerası üçün böyük faydası böyükdür .

Avropalı mütəxəssislər bu kimi proqramları əmək bazarında vəziyyəti yaxşılaşdırmaq üçün fürsət kimi dəyərləndirir.

t crub ucun axtaris

Təhsil və  təcrübə proqramı bir-birinin ayrılmaz tərkib hissəsidir


Təcrübə proqramı işsizliklə mübarizə strategiyasının bir hissəsi kimi yaradılıb. Əmək yarmarkaları tərəfindən təşkil olunan bu proqramlar təhsilini yeni başa vurmuş şəxslərin lazımi praktiki bacarıqlara yiyələnməsi və səriştələrini artırmaları məqsədini daşıyır.

Bir çox şirkət və təhsil müəssisələrinin də qeyd etdiyi kimi kadrlar təkcə əmək bazarında yox, eyni zamanda təşkilatların daxilində də yetişə bilir.

Təcrübə proqramı işəgötürənə düzgün işçi seçiminə kömək edir


Komandaya qoşulmaq üçün yeni işçi axtarmaq asan deyil. Hər kəs inkişaf etmiş əsas bacarıqları olan bir mütəxəssisi işə götürmək istəyir. O, öz vəzifələrinin öhdəsindən layiqincə gələ bilməli, komandanın dəyərlərini paylaşmalı, ünsiyyətdə xoş olmalı və s.

Portfolio və test tapşırıqları namizədi daha yaxından tanımağa və onun bacarıqlarını qiymətləndirməyə kömək edir, lakin bütün mənzərəni göstərmir. İşin nəticəsini görmək olsa da  prosesi görmək çətin olur.

İşçinin dəqiq nə etdiyini və nə qədər tez, necə ünsiyyət qurduğunu, hansı dəyərləri paylaşdığını bilmirsiniz. Buna görə də, bir insanı işə dəvət etmək və bir müddət sonra səhv seçim etdiyinizi başa düşmək riski həmişə var. Bunun da nəticəsində yenidən namizəd axtarışına başlamalı olacaqsız.

Namizəd həmişə hansı vakansiyanın ona uyğun olub olmadığını dərhal müəyyən edə bilməz. Elə olur ki, o, prosesləri və ya iş yükünü səhv başa düşür, köhnə işini yeni iş üçün tərk edir, lakin tez məyus olur və heç yerə gedə bilmir. Nəticədə şirkət yenə işçisiz qalır.

Təcrübələr şirkətə uyğunluğu yoxlamağa və hansı işçiləri daha effektiv və şüurlu işə götürməyə kömək edir.

Təcrübə proqramları gələcək işin bir növ təməlidir

Test tapşırığından fərqli olaraq, bu, eyni zamanda namizədin problemləri necə həll etdiyini yoxlamağa imkan verir. Onun hər birinə nə qədər vaxt sərf etdiyini, rəylərə necə reaksiya verdiyini və fikir bildirdiyini, bununla razılaşıb- razılaşmadığını və təşəbbüs göstərib-göstərmədiyini də öyrənmək mümkündür.

Təcrübə proqramı sınaq müddətindən nə ilə fərqlənir?

Buradan belə bir sual ortaya çıxır: sınaq müddəti varsa daha təcrübə üçün axtarışa nə ehtiyac var?  Qanuna görə, işəgötürənin səriştəsiz işçi ilə əmək müqaviləsini ləğv etmək üçün üç ay vaxtı var. Lakin təcrübə proqramları bir neçə vacib cəhətdən fərqlənir. Bu, onu həm işəgötürən, həm də namizədlər üçün daha cəlbedici edir.

Təcrübəni əsas işlə eyni tutmaq olar?

Sınaq müddəti üçün insan əvvəlki işini tərk etməlidir. Nədənsə yeni iş yerini bəyənmədikdə və ya ona uyğun olduğunu dərk etdikdə o, yenidən CV göndərməli və yeni müsahibələrdən keçməli olacaq.

Ancaq namizəd işdən çıxmadan təcrübə əldə edə bilər. Yəni namizədin daimi gəlirsiz qalma riski daha azdır və bu səbəbdən də o, özünü daha rahat hiss edir.

t crub ucun axtaris

Milli Təcrübə Proqramı


Gənclərin karyera planlaması və iş imkanları ilə təmin edilməsində problemlər hazırda yaşanmaqdadır. Bu onların iş təcrübəsinin olmaması, fəaliyyətsizliyi, şəxsi keyfiyyət və bacarıqlarının inkişafının zəif olması səbəbindəndir.

Təcrübə Proqramında iştirak  gənclər üçün çox əhəmiyyətlidir. Çünki gənclər real şəraitdə onlar üçün dəyərli karyera təcrübəsi qazanır, əldə olunmuş biliklərin praktiki qavranılması ilə gənclərdə özünə inam formalaşır, ixtisasına uyğun gələcək karyera planlamasına imkan yaranır, gələcək iş mühiti üçün əhəmiyyətli əlaqələr formalaşır, CV background genişlənir.

Təcrübə proqramına qoşulan gənclər nə əldə edir?

Gəlin aşağıdakılara nəzər yetirək.

İş bacarıqlarına yiyələnmək, təhsil aldıqları sahə üzrə təcrübə əldə etməklə yanaşı həyati bacarıqlara da yiyələnmək şansı qazanır

  • Problemlərin həlli
  • Konfliktlərin idarəolunması
  • Komanda işi
  • İlkin təəssürat formalaşdırma
  • Özünə və ətrafdakılara inam
  • Tənqidə açıqlıq

Dövlət Proqramında gənclərin məşğulluğu


Dövlət Proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaqdır. Bütün sahələrdə gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdən ibarətdir.

Uğura aparan yol düzgün təcrübə üçün axtarış dan keçir

Təcrübə proqramlarında iştirak etmənin vacib özəlliklərindən biri namizədin daha potensiallı işçi statusu almağıdır.  Bu müddət ərzində o, öz güclü və zəif yönlərini kəşf edə bilər. Təcrübəçi kimi edilən səhvlərin üzərində işləyib, iş həyatında daha düzgün addımlama şansı qazanır.

Təcrübə üçün axtarış etmək çox faydalıdır

Bəzi biliklər və məlumatlar təkcə nəzəri deyil, həmçinin praktiki bilik də tələb edir. Məhz bu baxımdan gənclər  mövcud təcrübə proqramlarında aktiv iştirak etsələr bunun mənimsəmə prosesində mühüm təsiri olar.

Təcrübə zamanı tələbələr üçün müxtəlif həvəsləndirici tədbirlər 

Təcrübə keçən müəssisələr  proqramın sonunda  fəal tələbələri  işə cəlb edərlərsə, onda bu addım tələbələr üçün önəmli stimul rolunu oynayar.  Həm də gənclərin işlə təmin olunma prosesini də sadələşdirər. Bu da  təcrübə proqramlarının  faydalı olmasını göstərən səbəblərdən biridir.

Təcrübə proqramına müraciət  


Təcrübə proqramlarına qəbul almaq üçün ilkin olaraq CV  hazırlamaq  lazımdır. Təcrübə proqramı üçün CV hazırlayarkən hələ böyük iş təcrübəsi olmadıqlarına görə müraciət edənlər ilk növbədə öz bacarıqlarını, təhsilini və digər üstün cəhətlərini vurğulamalıdırlar.

Müraciət edənlərin  şirkətin komandasına töhfə verəcək əhəmiyyətli bacarıqları ola bilir. Bu səbəbdən könüllülük təcrübəsi, dərsdənkənar fəaliyyətlər, qeyri-adi bacarıq, nailiyyət və ya yaradıcı düşüncə kimi bacarıqları qeyd etmək olduqca vacibdir.

t crub ucun axtaris

CV-də təcrübənin göstərilməsi


Universitet, kollec, məktəbi bu yaxınlarda bitirən və ya hələ də oxuyan şəxslər üçün təcrübəsiz olmaq başa düşüləndir.

Ancaq "İş təcrübəsi yoxdur" seçimini seçməzdən əvvəl düşünün: həqiqətən varmı? Yay təqaüd proqramını və ya təcrübə proqramını bitirən şəxslər üçün bu artıq təcrübəli olmaq deməkdir və bu CV-də mütləq qeyd edilməlidir.

Əgər təhsil müddətində ixtisasınızdan tamamilə kənarda işləmisinizsə və indi ixtisasınız üzrə ilk işinizi axtarırsınızsa, bu, təcrübənizi yazmamaq  üçün əsas deyil. Bunları qeyd etmək faydalı olacaq.

Tutaq ki, siz hələ heç bir təqaüd və ya təcrübə keçməmisiniz və ya az əhəmiyyətli iş görmüsünüz. Ancaq yəqin ki, təhsil müddəti ilə bağlı işəgötürənlərin diqqətini sizə cəlb etməyə kömək edəcək son zamanlarda əldə etdiyiniz başqa məlumatlarınz var.

Məsələn, axtarış etdiyiniz sahə üçün vacib olan bir mövzuda tezis yazdınız. Bu, "İş təcrübəsi yoxdur" bölməsindən dərhal sonra pəncərədə göstərilməlidir. O, CV-nin “Haqqımda” bölməsində görünəcək. Bu bölmənin dili aydın və rahat başa düşülən olmalıdır.

Çox az və ya natamam təcrübəniz varsa

CV-nizdə 5 ildən az təcrübə göstərmisinizsə, işəgötürən sizin yeni başlayan olub-olmadığınızı anlamaq üçün yaşınızı və ya məzun olduğunuz ilinizi cari illə müqayisə edəcək. Məlumatlar yığılmazsa, CV-nizdə natamam məlumat olduğu görünür. Məsələn, aydındır ki, siz təhsilinizi çoxdan bitirmisiniz, amma iş təcrübəniz yalnız son bir-iki il üçün göstərilir.

Ola bilsin ki, karyeranız yetərincə düzgün şəkildə inkişaf edib, amma nə vaxtsa başqa bir peşədə gücünüzü sınamaq istədiyiniz üçün və ya digər səbəblərdən bu sahəni tərk etməli olmusunuz.

Bu dövr haqqında sadə yazı yazın və müsahibədə soruşulsa, daha ətraflı izah edin. ⠀

Ola bilsin ki, əvvəl çox iş yeri dəyişmiş və özünüzü müxtəlif ixtisaslarda sınamısınız, amma indi mütləq bu istiqamətdə inkişaf etmək qərarı vermisiniz. 

Bu işəgötürən tərəfdə şübhə yaradır. Ona görə də sizin bu sahədən də gedə biləcəyinizi düşünə bilərlər.

Bunu məntiqi olaraq əsaslandıra bilməyəcəksinizsə diqqəti uzun müddət işlədiyiniz  sahələrə çəkin.

CV-nizi ən yaxşı şablonlarla yaradın

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət pulsuz kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-nizi yaradın

Yükləmək üçün məktublar nümunəsi

Qapaq məktubu şablonu
Qapaq məktubunun dizaynı
Tələbələr üçün əhatə məktubu şablonu - universitet
Nişan məktubu üçün şablon