Professional CV ingilis dilində necə yazılması haqqında ətraflı məlumat
Yəqin ki, siz bu iki termin Rezüme və CV ilə rastlaşmısınız. Ölkəmizdə onlar sinonim kimi istifadə olunur. Avropada CV terminindən istifadə edirlər, ABŞ-da isə rezüme. CV, yəni Curriculum Vitae tərcümeyi-hal deməkdir. Bunlar işəgötürənə sizi peşəkarcasına tanımağa imkan verən rəsmi sənədlərdir. Hər sahənin öz CV qaydaları var. Odur ki, yeni məzun kimi iş təcrübəsi əldə etmək istəyirsinizsə, ilk növbədə rahat olmalı və əsl CV hazırlamağı öyrənməlisiniz.
İngilis dilində CV Nümunəsi
Personal information
Name: Farid Jamilli
Address: R. Behbudov 12, Baku
Phone Number: (994) *** **
Email: faridjamil@example.com
Profile
Experienced in Content Writing and Translation for various platforms. Highly skilled effecive communication, creative writing with experience in different language pairs.
Work Experience
Jan 2022 – Aug 2022SEO Manager at OE Baku, AzerbaijanI wrote new contents, doing research to gather information and for July and August issues, translated some of the news related to digital marketing.
Education
Sep 2013 – Jun 2017Azerbaijan University of Languages, Translation Studies
Skills
- Presenting
- Translating
- Researching
- Leadership
- Planning
Languages
- Azerbaijani-C2
- English – C1
- French – A2
- Russian-B2
References
Lala Ahmadli – Content Manager at OE (OE’də HR menecer)
lala@example.com
Mobile: 994 *** **
İşə müraciət edənlər arasında ən populyar CV şablonları Word proqramında hazırlanır.
İstifadə asanlığı, peşəkar CV dizaynları və asan əlçatanlıq kimi səbəblərə görə uzun illər Microsoft Word proqramına üstünlük verilməyə davam ediləcəyi görünür.
CV yaratmaq o qədər də asan olmayan bir proses ola bilər. İşə qəbul prosesində digər namizədlər arasında seçilməyinizə kömək edəcək CV ni hazırlamaq üçün Microsoft Word proqramından istifadə etmək məntiqli seçimlərdən biridir.
Niyə görə İngilis dilində CV yazmaq vacibdir?
İş həyatında ingilis dilinin zəruriliyini hamımız bilirik. İngilis dilini mükəmməl bilmək və danışmaq demək olar ki, bütün biznes sahələrində artıq bir tələb halına gəlib. Ona görə də işə qəbul prosesinin tərkib hissəsi olan CV-lərin ingilis dilində yazılması xüsusi əhəmiyyət kəsb edir.
Əgər yaxşı səviyyədə ingilis diliniz varsa, CV-nizi mütləq ingilis dilində hazırlamalısınız. Müraciətlər arasında seçilmək, ingilis dili biliklərinizi göstərmək və CV-lərin ingilis dilində təqdim edilməsini tələb edən şirkətlərə hazır olmaq üçün ingilis dilində CV hazırlamaq sizin üçün faydalıdır. İngilis dilində yazılmış CV-lərin bir çox xarici şirkətlərə edilən müraciətlərə müsbət təsir etdiyi də faktdır.
CV-nizi ingilis dilində redaktə etməzdən əvvəl siz ana dili ingilis dili olan peşəkarlar tərəfindən hazırlanmış İngilis dilli CV-lərini nəzərdən keçirə və mümkün qədər müxtəlif formatlarda hazırlanmış CV-lərə baxaraq fikir əldə edə bilərsiniz. Əslində sizinlə eyni sahədə çalışan peşəkarların CV-lərini araşdırsanız, öz CV-nizdə bəzi ingiliscə ifadələrdən istifadə edə bilərsiniz. CV-nizdə Azərbaycan hərfləri yerinə ad, soyad, küçə, prospekt, vilayət, rayon, şəhər, şirkət adı, marka kimi xüsusi Azərbaycan adlarını ingilis hərfləri ilə yazmağınız vacibdir, çünki bu sizin peşəkarlığınızı və dil qabiliyyətinizi göstərəcək.
İngilis dilində CV və CV-nin strukturu
Hər bir sənədin riayət edilməli olan özünəməxsus strukturu var. Rezüme və ya CV-nin ingilis dilində necə yazılacağını sizə ətraflı izah edəcəyik. İngilis dilində CV şablonu aşağıdakı ardıcıllıqla gedir:
Required job position
Vəzifə CV-nizdə əsas başlıq olmaqla işə götürənin görməli olduğu ilk məlumatıdr.
Müəyyən bir vəzifə üçün ayrıca CV yazılmalıdır. CV-də bir neçə vəzifə yazmaq tövsiyə olunmur.
Vəzifə mümkün qədər aydın və qısa şəkildə yazılmalıdır.
Məsələn:
Personal information ( şəxsi məlumat)
CV-nin yuxarısında sağ küncdə keyfiyyətli fotoşəkil yerləşdirməlisiniz. Fotonun solunda özünüz haqqında əsas məlumatları daxil edin. Bu bölmə aşağıdakı maddələrdən ibarətdir:
- Name - Ad və soyad ingilis dilində
- Address- Ünvan adətən bu ardıcıllıqla yazılır: ev nömrəsi və küçə adı, mənzil nömrəsi, şəhər, poçt
- Phone number: Telefon nömrəsi. Nömrənizi beynəlxalq formatda daxil edin, çünki işəgötürən sizə başqa ölkədən zəng edə bilər.
- Marital status: Ailə vəziyyəti: evli (married), subay (single), boşanmış (divorced).
- Date of birth: Doğum tarixi. Ayın hərflərlə yazılmasını tövsiyə edirik, çünki xaricdə tarix yazmaq üçün müxtəlif formatlar var. Qarışıqlığın qarşısını almaq üçün yazın, məsələn: 25th July 1985. Yadda saxlayın ki, ingilis dilində ayların adları böyük hərflə yazılır.
- Email: E-poçt ünvanı
Bu bölmədə istəyinizdən asılı olaraq milliyyətinizi göstərə və e-poçtdan əlavə digər əlaqə vasitələrini yaza bilərsiniz: Skype, sosial şəbəkələr və s. Bu hissənin nümunəsini təqdim edirik:
Fotoqrafın CV-yə əlavə edilməsi haqqında
Azərbaycanda CV-yə şəkil əlavə etmək tövsiyə edilsə də, ingilis dilində CV hazırlayan zaman şəkliniz peşəkar xüsusiyyətlərinizi əks etdirmədiyi üçün və ayrı-seçkiliyin qarşısını almaq üçün şəkil əlavə etməməyiniz tövsiyə olunur. Nəzərə alın ki, ingilis dilində CV-lərə şəkillər əlavə edilmir. İşəgötürən bunu xüsusi tələb edərsə və ya müraciət etdiyiniz peşədə xarici görünüş önəmlidirsə, CV-yə şəkil əlavə edə bilərsiniz.
Amerikan İngilis və Britaniya İngilis dili fərqlidir. Müraciət etdiyiniz şirkətin hansı ölkədə olduğunu öyrənmək faydalı olardı. Çünki bu məlumatla siz öz CV-nizi düzgün şəkildə tərtib edə bilərsiniz.
Education (Təhsil)
İşəgötürən üçün təhsilin əhəmiyyəti inkar edilə bilməz. Ancaq aldığınız təhsil nə qədər yaxşı və vəzifəyə uyğun olsa da, CV-nizdə məlumatlarınızı düzgün çatdıra bilmirsinizsə, işinizi itirmək təhlükəsi ilə üzləşə bilərsiniz. Buna görə də ingilis dilində CV təhsil məlumatlarını daxil edərkən bəzi qaydalar nəzərə alınmalıdır. Təhsil məlumatlarınızda oxuduğunuz məktəbin adını, diplom dərəcənizi, oxuduğunuz müddət və təhsil ocağının yerini qeyd etməlisiniz. Bundan əlavə, CV-nin uzun olmasını istəmirsinizsə, hansı təhsil növü aldığınızı qısaca qeyd edə və ya bu bölməni yazmaya bilərsiniz. Siz həmçinin nailiyyətlərinizi vurğulamaq və özünüzü təkmilləşdirmək üçün iştirak etdiyiniz bütün kursları sadalamaq üçün təhsil bölməsindən istifadə edə bilərsiniz.Əgər ali təhsiliniz varsa və ya ixtisasınız üzrə kurs keçmisinizsə, bunu qeyd etməlisiniz. Prinsipcə, təhsil istənilən formada göstərilir. Əsas odur ki, təhsil illərini, ixtisası və aldığı dərəcəni qeyd edək. İndi ingiliscə CV-də təhsil bölməsi üçün bir nümunə verək:
Nümunə:
İpucu:
Təhsil aldığınız müəssisələrin adlarını yazarkən heç vaxt ixtisarlardan istifadə etməyin. Heç bir işəgötürən sizin hansı məktəbdə oxuduğunuzu öyrənmək üçün araşdırma aparmaq istəmir və CV niz onun üçün əhəmiyyətsiz görünə bilər.
Profilə uyğun olmayan kursları, seminarları və təlimləri ayrıca bölmədə göstərmək daha yaxşıdır -
Additional Education (Əlavə təhsil).
Nümunə:
Təhsil bölməsində istifadə edə biləcəyiniz faydalı sözlər:
- təhsil -education
- maqistr dərəcəsi -masters
- bakalavr dərəcəsi -bachelor
- universitet -university
- orta məktəb, lisey - high school
- təcrübə keçmək -internship
- tezis -thesis
Work experience (iş təcrübəsi)
Bu hissədə işlədiyiniz şirkətləri və tutduğunuz vəzifələri qeyd etməlisiniz. Həm də hər bir vəzifə üçün yerinə yetirdiyiniz vəzifələrin və əldə etdiyiniz səlahiyyətlərin siyahısını yazmağınız çox məqsədəuyğundur.
Gördüyünüz işləri gerunddan -ing ilə bitən isimdən istifadə edərək təsvir etmək daha yaxşıdır.
İşlədiyiniz bütün şirkətləri göstərməyiniz məsləhətdir. Ancaq əgər bəzi iş yerlərində gördüyünüz işlər müraciət etmək istədiyiniz işə uyğun gəlmirsə, onları yazmamaq və ya bir cümlə ilə təsvir etmək tövsiyə olunur.
Nümunə:
Eyni blokda şirkətdə işləyərkən nailiyyətlərinizi qeyd etmək məsləhətdir. Onlar Past Simple zamanından istifadə edərək yazılmalıdır.
İş təcrübəsi bölməsində istifadə edə biləcəyiniz faydalı sözlər:
- iş təcrübəsi -work experience
- vəzifə - function
- məsuliyyət -responsibility
- nailiyyət -achievement
- hal-hazırda -currently
- iştirak etmək- involved in
- töhvə vermək -contribute to
Professional skills (peşəkar bacarıqlar)
Bu hissə CV-nizi şaxələndirməyə və nə edə biləcəyinizi göstərməyə imkan verən mühüm bölmədir. Burada yalnız xüsusi bacarıqları deyil, həm də nəzəri olaraq işəgötürən üçün faydalı ola biləcək sərt və yumşaq bacarıqları təsvir edə bilərsiniz. Bacarıqlarınız həm də potensial işəgötürənlərinizə rola uyğun olub-olmayacağınızı müəyyən etməyə kömək edir.
Birbaşa peşəkar bacarıqlara əlavə olaraq, burada dil biliklərinizi, sürücülük vəsiqəsinin mövcudluğunu, kompyuter savadlılığının səviyyəsini və işləyə biləcəyiniz proqramların siyahısını göstərməyinizi tövsiyə edirik.
Nə qədər çox dil bilsək, bir o qədər dünyaya açıla və istedadlarımızdan istifadə edə bilərik. Bildiyiniz dilləri CV-də yazmağınız sizi digər namizədlərdən üstün tuta bilər. Xarici şirkətə işə müraciət edərkən, xüsusən də ingilis dilində təhsil almış bir mütəxəssis kimi bildiyiniz bütün dilləri sadalamaq bu vəzifədə karyeranızın qısa müddətdə irəliləməsinə kömək edə bilər. CV-nin yaradılması ingilis dilində aparılmalı olduqda, bu dili peşəkar səviyyədə bilməlisiniz.
Dillər üçün Ümumi Avropa İstinad Çərçivəsi tərəfindən müəyyən edilən ingilis dili səviyyələri aşağıdakılardır: A1, A2, B1, B2, C1, C2. Buna görə
- A1 ingilis dilində təməl bilikləri göstərir.
- A2 Başlanğıc səviyyəsindən yuxarı olan birinci hissədir.
- B1 xarici şirkətdə işləmək üçün bilməli olduğunuz minimum dil səviyyəsidir və onu orta səviyyə adlandırmaq olar.
- B2 Advanced English adlanır və bu onu peşəkar iş həyatında rahatlıqla istifadə edə biləcəyiniz deməkdir.
- C1 və C2 o deməkdir ki, siz ondan ana diliniz kimi səlis və rəvan istifadə edə bilərsiniz.
References (istinadlar)
Referanslar blokunu tərtib etməyin 2 əsas yolu var:
- Onları təqdim etmək istəyən insanların adlarını, vəzifələrini və əlaqə məlumatlarını yazın.
- Tövsiyə məktublarını toplayın və CV-yə yazın: «References are available upon request».
Nümunə:
Additional information (əlavə məlumat)
Burada şəxsi xüsusiyyətləri və xarakter xüsusiyyətlərini göstərə bilərsiniz. Ancaq “communicative”, “fast-learning”, “stress-resistant” kimi banal epitetlərdən istifadə etməyin. Xarakterinizə və şəxsiyyətinizə həqiqətən uyğun gələn məlumatı yazın.
Əlavə məlumat bloku sərbəst formatda təqdim olunur. Çox vaxt bu 3-5 cümlədən ibarət sadə mətndir. Daha çox yazmağın mənası yoxdur.
Nümunə:
📌 Diqqət
Reallığı çox bəzəməyin. Özünüzdən heç nə əlavə etməyin və hər şeyi olduğu kimi yazın.
İngilis dilində CV yə əlavə etmək üçün çox faydalı olan başqa bir vacib sənəd müşayiət məktubudur. Müşayiət məktubu həm CV nizin oxunmasını təmin edir, həm də sizin haqqınızda müsbət təəssürat yaratmağa kömək edir. Unutmayın ki, hər bir şirkət öz işini vicdanla görən, işinə ciddi yanaşan, diqqətli olan namizədi işə götürmək istəyir.
What’s a Rich Text element?
The rich text element allows you to create and format headings, paragraphs, blockquotes, images, and video all in one place instead of having to add and format them individually. Just double-click and easily create content.
Static and dynamic content editing
A rich text element can be used with static or dynamic content. For static content, just drop it into any page and begin editing. For dynamic content, add a rich text field to any collection and then connect a rich text element to that field in the settings panel. Voila!
How to customize formatting for each rich text
Headings, paragraphs, blockquotes, figures, images, and figure captions can all be styled after a class is added to the rich text element using the "When inside of" nested selector system.
15 dəqiqə ərzində CV-nizi yaradın
Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət pulsuz kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.