Doğru karyera seçimi: Ən yüksək maaş verən 18 iş

Dünyada bir çox peşə var, lakin bəziləri həm gəlirliliyi, həm də perspektivi ilə digərlərindən fərqlənir. Əgər yüksək maaşdan ibarət bir karyera qurmaq istəyirsinizsə, düzgün peşə seçimi vacibdir. Texnologiyanın inkişafı, səhiyyə sahəsindəki irəliləyişlər və maliyyə sektorunun genişlənməsi bəzi peşələri daha gəlirli və tələb olunan hala gətirib.

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət pulsuz kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-mi yaradın
Mündəricat
Mündəricat

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət pulsuz kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-mi yaradın

Ən yüksək maaşlı işlər barədə bu məqalədə  təklif olunan 18 işi təqdim edəcək, onların sahə üzrə tələb olunan bacarıqları və gələcək perspektivləri haqda ətraflı məlumat verəcəyik.

Ən yüksək maaş verən 18 peşə və tələb olunan bacarıqlar


Azərbaycanda ən yüksək maaş gətirən peşə elmi cəhətdən əsasən neft-qaz, İT, maliyyə və sığorta, tibb və idarəetmə, texniki fəaliyyət sahələr üzərində cəmlənir. Aşağıda bu peşələrin orta aylıq maaşı (manat valyutasında), tələb edilən texniki fəaliyyət bacarıqları və gələcək perspektivlərini təqdim olunur.

Mühəndis və texnik sistem avadanlığının texniki məlumatlarını təmir zamanı yoxlayır.

1. Neft mühəndisi

💶 Orta aylıq əməkhaqqı: 5,000 - 10,000 manat

Tələb olunan bacarıqlar:

  • Geologiya və neft mühəndisliyi üzrə biliklər
  • Layihələrin idarə olunması
  • Neft hasilatı texnologiyaları
  • Kompüter proqramları (Petrel, AutoCAD)

Gələcək perspektiv:

  • Azərbaycanda neft-qaz sənayesi hələ də iqtisadiyyatda əsas sahələr olaraq qalır. Yeni yataqların okəşfi və texnologiyanın inkişafı neft-qaz sahəsində iş imkanlarını artırır.

2. Pilot

💶 Orta aylıq əməkhaqqı: 5,000 - 10,000 manat

Tələb olunan bacarıqlar:

  • Peşəkar uçuş təhsili və lisenziya (ATPL)
  • Yüksək səviyyədə ingilis dili biliyi
  • Güclü psixoloji və fiziki hazırlıq
  • Komanda işi və liderlik bacarıqları

Gələcək perspektiv:

  • Hava nəqliyyatının inkişafı və yeni aviaşirkətlərin açılması pilotlara olan tələbatı artırır.

3. İT mütəxəssisi (Proqramçı, Sistem Administratoru, Data Analitik)

💶 Orta aylıq əməkhaqqı: 3,000 - 10,000 manat

Tələb olunan bacarıqlar:

  • Proqramlaşdırma dilləri (Python, Java, C++)
  • Verilənlər bazası idarəetməsi (SQL, NoSQL)
  • Kibertəhlükəsizlik və şəbəkə sistemləri
  • Süni intellekt və maşın öyrənməsi üzrə biliklər

Gələcək perspektiv:

  • Rəqəmsal transformasiya və texnologiyanın inkişafı bu sahədə mütəxəssislərə olan tələbatı daim artırır.

4. Maliyyə direktoru (CFO)

💶 Orta aylıq əməkhaqqı: 5,000 - 15,000 manat

Tələb olunan bacarıqlar:

  • Maliyyə analizləri və risk idarəçiliyi
  • Beynəlxalq mühasibatlıq standartları (IFRS, GAAP)
  • Liderlik və strateji planlaşdırma
  • Vergi qanunvericiliyi və maliyyə bazarları biliyi

Gələcək perspektiv:

  • Dövlət və özəl şirkətlərin böyüməsi və maliyyə bazarlarının inkişafı CFO-lara olan tələbatı artırır.

5. Cərrah / Baş həkim

💶 Orta aylıq əməkhaqqı: 5,000 - 12,000 manat

Tələb olunan bacarıqlar:

  • Tibbi biliklər və cərrahi bacarıqlar
  • Yüksək səviyyədə diqqət və təcrübə
  • Pasiyentlərlə ünsiyyət bacarıqları
  • Krizis vəziyyətlərində qərarvermə qabiliyyəti

Gələcək perspektiv:

  • Dövlət klinikaları ilə yanaşı, özəl klinikaların artması və tibbi turizmin inkişafı bu sahədə maaşları artırır.
Saqqallı hüquqşünas kostyumda ofisdə masada oturub sənədləri incələyir

6. Hüquqşünas (Beynəlxalq və Korporativ Hüquq)

💶 Orta aylıq əməkhaqqı: 3,000 - 10,000 manat

Tələb olunan bacarıqlar:

  • Hüquq bilikləri (xüsusilə beynəlxalq və kommersiya hüququ)
  • Sənədlərlə işləmək bacarığı
  • Analitik düşüncə və məhkəmə təcrübəsi
  • İngilis və digər xarici dillərdə bilik

Gələcək perspektiv:

  • Xarici investorların artması və korporativ sektorun inkişafı bu sahədə perspektivləri artırır.

7. Bank rəhbəri / İcraçı direktor

💶 Orta aylıq əməkhaqqı: 7,000 - 15,000 manat

Tələb olunan bacarıqlar:

  • Bankçılıq və maliyyə bazarları haqqında biliklər
  • Risklərin idarə olunması
  • Liderlik və komanda idarəçiliyi
  • İnvestisiya strategiyaları

Gələcək perspektiv:

  • Bank sektorunun inkişafı və rəqəmsal bankçılığın yüksəlişi bu sahədə çalışan namizədlərə tələbatı artırır.

8. İnvestisiya meneceri

💶 Orta aylıq əməkhaqqı: 3,000 - 7,000 manat

Tələb olunan bacarıqlar:

  • İnvestisiya bazarlarını analiz etmək
  • Maliyyə risklərinin qiymətləndirilməsi
  • Portfel idarəçiliyi
  • Beynəlxalq maliyyə trendləri biliyi

Gələcək perspektiv:

  • Xarici investorların və fond bazarlarının inkişafı bu sahədə imkanları genişləndirir.

9. Layihə meneceri (Project Manager)

💶 Orta aylıq əməkhaqqı: 1,800 - 4,000 AZN

Tələb olunan bacarıqlar:

  • Layihə idarəetməsi (PMP sertifikatı üstünlükdür)
  • Resurs planlaşdırması
  • Komanda idarəetməsi və problem həlli
  • Agile və Scrum metodologiyaları

Gələcək perspektiv:

  • İT və biznes sahələrində layihələrin çoxalması bu peşəni populyarlaşdırır.

10. Avtomatika mühəndisi

💶 Orta aylıq əməkhaqqı: 3,500 - 5,000 AZN

Tələb olunan bacarıqlar:

  • Robot texnologiyaları və avtomatlaşdırma bilikləri
  • PLC proqramlaşdırma
  • Sensor və mikrokontrollerlər ilə işləmə
  • İstehsalat proseslərinin optimallaşdırılması

Gələcək perspektiv:

  • Avtomatlaşdırılmış istehsalatın artması ilə bu sahəyə tələbat yüksəlir.

11. Marketinq direktoru

💶 Orta aylıq əməkhaqqı: 2,000 - 3,000 AZN

Tələb olunan bacarıqlar:

  • Brend menecment və bazar araşdırmaları
  • Rəqəmsal marketinq strategiyaları
  • Analitik düşüncə və kreativlik
  • SEO və reklam menecmenti bilikləri

Gələcək perspektiv:

  • Rəqəmsal transformasiya və e-ticarətin inkişafı bu sahədə imkanları artırır.
Mühəndisin idarəetmə otağında əlində walkie-talkie tutan qolu

12. Təhlükəsizlik xidməti rəhbəri (CISO – Chief Information Security Officer)

💶 Orta aylıq əməkhaqqı: 2,000 - 3,000 AZN

Tələb olunan bacarıqlar:

  • Kibertəhlükəsizlik strategiyalarının hazırlanması
  • Şəbəkə təhlükəsizliyi və məlumat mühafizəsi
  • Risklərin qiymətləndirilməsi və böhran idarəetməsi
  • ISO 27001 və digər təhlükəsizlik standartları üzrə biliklər

Gələcək perspektiv:

  • İnternet təhlükələrinin artması kibertəhlükəsizlik mütəxəssislərinə olan tələbatı artırır.

13. Data analitiki / Data Scientist

💶 Orta aylıq maaş: 4,000 - 10,000 AZN

Tələb olunan bacarıqlar:

  • Python, R, SQL proqramlaşdırma dilləri
  • Maşın öyrənməsi və süni intellekt bilikləri
  • Statistik analiz və vizuallaşdırma alətləri (Power BI, Tableau)
  • Böyük verilənlər bazası ilə işləmə bacarığı

Gələcək perspektiv:

  • Rəqəmsallaşma və data əsaslı qərarvermə bu sahədə iş imkanlarını artırır.

14. Dizayner (Qrafik və UX/UI Dizayner)

💶 Orta aylıq maaş: 2,500 - 5,000 AZN

Tələb olunan bacarıqlar:

  • Adobe Photoshop, Illustrator, Figma, Sketch kimi proqramlar
  • UX/UI dizayn prinsipləri
  • Web və mobil tətbiqlər üçün interfeys dizaynı
  • Kreativlik və istifadəçi təcrübəsi analizi

Gələcək perspektiv:

  • Rəqəmsal məhsulların artması dizaynerlərə olan tələbatı yüksəldir.

15. Süni intellekt (AI) və maşın öyrənməsi mütəxəssisi

💶 Orta aylıq maaş: 2,000 - 7,000 AZN

Tələb olunan bacarıqlar:

  • TensorFlow, PyTorch, Scikit-Learn kimi alətlərlə işləmək
  • Süni intellekt və maşın öyrənməsi modellərinin qurulması
  • Statistik analiz və məlumat emalı
  • Kompüter görməsi və təbii dil emalı

Gələcək perspektiv:

16. Əmlak və tikinti meneceri

💶 Orta aylıq maaş: 2,000 - 5,000 AZN

Tələb olunan bacarıqlar:

  • Layihə idarəetməsi və tikinti qanunvericiliyi
  • Büdcə planlaması və maliyyə analizləri
  • Risk idarəetməsi və keyfiyyət nəzarəti
  • Tikinti texnologiyaları və mühəndislik bilikləri

Gələcək perspektiv:

  • Şəhərlərin genişlənməsi və yeni tikinti layihələri bu sahədə iş imkanlarını artırır.

17. Biznes analitiki

💶 Orta aylıq maaş: 1,000 - 3,000 AZN

Tələb olunan bacarıqlar:

  • Biznes proseslərinin analizi və optimallaşdırılması
  • SQL, Excel, Power BI kimi alətlərlə işləmə bacarığı
  • Maliyyə və iqtisadiyyat bilikləri
  • Problemlərin həlli və strateji düşüncə

Gələcək perspektiv:

  • Şirkətlərin rəqəmsal transformasiyası biznes analitiklərinə ehtiyacı artırır.
Gülən qadın alim istixanada durub kameraya baxır

18. Kənd təsərrüfatı mühəndisi / Aqronom

💶 Orta aylıq maaş: 1,500 - 2,000 AZN

Tələb olunan bacarıqlar:

  • Kənd təsərrüfatı texnologiyaları və aqrokimya bilikləri
  • Bitkiçilik və heyvandarlıq sahəsində təcrübə
  • Torpaq analizləri və gübrələmə texnologiyaları
  • İqlim dəyişikliklərinə uyğun kənd təsərrüfatı strategiyaları

Gələcək perspektiv:

  • Dayanıqlı kənd təsərrüfatına artan maraq və texnologiyanın tətbiqi bu sahədə imkanları genişləndirir.
CV yazmaqda çətinlik çəkirsən? Elə isə vaxt itirmədən 👉 Online CV Qurucumuzla möhtəşəm CV-yə sahib olun!

Yüksək maaşlı işlərdə gələcək trendlər


Texnologiyanın sürətli inkişafı və qlobal iqtisadi dəyişikliklər yüksək maaşlı işlərə olan tələbatı və onların xarakterini daim dəyişdirir. Süni intellekt (AI), avtomatlaşdırma və böyük verilənlər (Big Data) kimi innovativ sahələr yeni iş imkanları yaradır və mütəxəssislərə yüksək gəlir əldə etməyə şərait yaradır. Xüsusilə biotexnologiya, blokçeyn, kiber təhlükəsizlik və metaverse kimi sahələr gələcəyin ən perspektivli və yüksək maaşlı sahələri arasında yer almaqdadır. Bundan əlavə, uzaqdan iş və qlobal bazarlara çıxış imkanları peşəkarların daha geniş karyera seçimlərinə sahib olmasına şərait yaradır. Gələcəkdə yüksək maaşlı işlərə sahib olmaq üçün davamlı təhsil, yeni texnologiyalara uyğunlaşmaq və çevik bacarıqlara yiyələnmək olduqca vacib olacaqdır.

Son söz


Bu məqalədə sadalanan peşələr və tələb olunan bacarıqlar sizə yol göstərə bilər. Hansı sahəni seçməyinizdən asılı olmayaraq, uğurun açarı mütəxəssis olmaq, daim yenilənmək və yeni texnologiyaları mənimsəməkdir. Karyera qurmaq və yüksək maaş alanlar sırasına qoşulmaq üçün məqsədlər qoyun, çalışqan olun və fürsətləri dəyərləndirin.

CV-nizi ən yaxşı şablonlarla yaradın

Tez-Tez verilən suallar

Azərbaycanda yüksək gəlir gətirən peşə seçmək üçün hansı bacarıqlara yiyələnməliyəm?

Siz seçdiyiniz sahəyə uyğun texniki biliklərə və yumşaq bacarıqlara (liderlik, ünsiyyət, analitik düşüncə) sahib olmalısınız. Məsələn, İT sahəsi üçün proqramlaşdırma dillərini, maliyyə sahəsi üçün isə maliyyə analizlərini öyrənmək vacibdir.

Özəl sektor, yoxsa dövlət sektorunda daha çox gəlir əldə etmək mümkündür?

Ümumiyyətlə, özəl sektor xüsusilə bankçılıq, İT və neft-qaz sahələrində daha yüksək maaş təklif edir. Dövlət sektorunda sabit iş və sosial təminatlar üstünlük olsa da, maaşlar bəzi sahələrdə nisbətən aşağıdır.

Azərbaycanda həkimlər hansı xəstəxanalarda yüksək maaş ala bilirlər?

Özəl klinikalar və beynəlxalq xəstəxanalar, məsələn, Bakı Sağlamlıq Mərkəzi, Bona Dea, Caspian International Hospital, Referans Klinikası, Mərkəzi Klinik Xəstəxana kimi tibb müəssisələri Azərbaycanda ən yüksək maaş təklif edə bilər.

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət pulsuz kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-nizi yaradın

Yükləmək üçün məktublar nümunəsi

Qapaq məktubu şablonu
Qapaq məktubunun dizaynı
Tələbələr üçün əhatə məktubu şablonu - universitet
Nişan məktubu üçün şablon