Sosial mediada iş axtarışı: Facebook və digər platformalardan necə istifadə etməli?

Müasir dövrdə iş axtarışı artıq sadəcə CV göndərmək və vakansiya saytlarını izləməklə məhdudlaşmır. Sosial media platformaları — xüsusilə Facebook, LinkedIn və Instagram şəxsi brendinizi qurmaq, peşəkar əlaqələr yaratmaq və yeni iş imkanlarına çıxış əldə etmək üçün güclü alətlərə çevrilib. Doğru yanaşma və düzgün sosial media strategiyası ilə bu platformalardan maksimum dərəcədə faydalana bilər, hətta ənənəvi iş axtarış üsullarına ehtiyac qalmadan arzuladığınız karyera fürsətlərini rəqəmsal şəkildə əldə edə bilərsiniz.

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-mi yaradın
Mündəricat
Mündəricat

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-mi yaradın

Bu məqalədə sosial mediadan səmərəli şəkildə istifadə etməyin 15 əsas yolunu sizinlə paylaşacağıq.

Sosial mediada iş axtarışı etmək üçün 15 effektiv məsləhət


Aşağıdakı 15 əhatəli məsləhət vasitəsilə sosial media vasitəsilə iş tapmaq şansınızı artıra bilərsiniz.


1. Profilinizi Peşəkarlaşdırın – İlk Təəssürat Hər Şeyi Dəyişə bilər

Effektiv sosial media profii sizin virtual CV-nizdir. İşəgötürənlər profilə baxdıqda ilkin təəssürat alır və bu onların qərarına birbaşa təsir edir.

Facebook:

  • Profil şəklini dəyiş: Peşəkar, aydın və gülümsəyən simanızın olduğundan əmin olun.
  • “Haqqında” bölməsində: Hazırda nə ilə məşğul olduğunuzu, ixtisasınızı, əsas bacarıqlarınızı qeyd edin.
  • Əvvəlki iş yerləri və təhsil məlumatlarını düzgün təyin edin və tam şəkildə əlavə edin.

LinkedIn:

  • Başlıq (headline): “Marketing Specialist | SEO & Content Strategy” kimi konkret sahə və bacarıqlar qeyd edin.
  • Xülasə (About) bölməsi: Tətbiqi bacarıqlar, məqsədlər, eyni zamanda ölçülə bilən dəyərlər haqda məlumatın olmasını təmin edin.
  • Portfel əlavə edin: Mümkünsə, keçmiş işlərinizin nəticələrini, dizayn nümunələrinizi, yazılarınızı hədəf auditoriyanıza uyğun paylaşmalı olduğunun effektiv olduğunu nəzərə alın.

2. Gizlilik Ayarlarını Düzgün Tənzimləyin

İşəgötürənlər bəzən sizin veb saytınıza daxil ola, Facebook Instagram profilinizi araşdıra bilər. Ona görə də:

  • Şəxsi şəkillər, zarafatlar, paylaşımlar yalnız dostlara açıq olmasına diqqət yetirin.
  • Siyasi və mübahisəli mövzularda paylaşımlar etməyin və ya gizlədin.
  • LinkedIn və X-də isə peşəkar şəxsiyyətinizi əks etdirəcək şəkildə daha açıq ola bilərsiniz.

3. Aktiv Paylaşımlar Edin və Biliklərinizi Göstərin

Sosial mediada faydalı məzmun paylaşaraq öz sahənizdə nüfuz qazana bilərsiniz. Aşağıdakı tövsiyələr asanlıqla işəgötürənlərin diqqətini çəkməyi təmin edəcək:

  • Sahənizdəki yeniliklər barədə yazılar paylaşın.
  • Öz təcrübələrinizi, iştirak etdiyiniz kursları, gördüyünüz işləri göstərin.
  • Hədəf auditoriyanıza bir problemi necə həll etdiyinizi izah edən yazılar yazın.
yoxlayın simgesiMəsələn:
“Bu gün SEO təlimində öyrəndim ki, Google algoritmlərində istifadəçi niyyəti əsas faktora çevrilib. Artıq məzmunu daha məqsədyönlü yazmaq lazımdır.”

4. Qruplara və İcmalara Qoşulun

Facebook Qrupları, LinkedIn İcmaları, hətta Telegram kanalları mütəxəssislərin, işəgötürənlərin və frilanserlərin toplandığı yerlərdir.

Facebook nümunələri:

  • “Marketing Jobs Azerbaijan”
  • “Remote Work Opportunities”
  • “Designers & Developers Group”

Nə etmək lazımdır?

  • Aktiv olun, sorğulara cavab yazın, şərh edin.
  • İş elanlarına reaksiya verin və suallar soruşun.
  • Özünü təqdim edən postlar paylaşın.

5. Peşəkar Şəbəkə Qurun

LinkedIn-də və Facebook-da sizinlə eyni sahədə olan şəxslərlə qarşılıqlı əlaqə qurun.

  • Tədbirlərdə tanış olduğunuz insanlara mesaj yazın.
  • Eyni ixtisasda oxuyan və ya işləyənləri izləyib, əlaqə qurun.
  • İxtisaslaşmış HR mütəxəssislərinə dostluq göndərin və peşəkar mesaj yazın.
yoxlayın simgesiMesaj nümunəsi:
"Salam Elvin bəy. Sizi LinkedIn-də gördüm və rəqəmsal marketinq sahəsində aktiv olduğunuzu müşahidə etdim. Bu sahədə yeni iş imkanları haqqında məlumatlı olmağınızı düşündüm. Əgər uyğun vakansiyalar olarsa, mənimlə bölüşsəniz çox sevinərəm."

6. Açar Sözlər və Hashtaglardan İstifadə edin

Sosial mediada axtarış apararkən və ya post yazarkən doğru açar sözlərhashtaglar seçmək sizə iş tapmaqda və sizi anlamağa kömək edəcək.

Axtarış nümunələri:

  • Facebook-da: Remote Marketing Job, Freelance Graphic Designer
  • LinkedIn-də: #hiring, #jobsearch, #marketingjob

Postlara əlavə edin:

  • #OpenToWork, #CV, #DigitalMarketingJobs

7. Özünüzü Aydın İfadə Edin

İnsanlar sizin iş axtardığınızı bilməzsə, sizə yardım edə bilməz. Buna görə aydın və nəzakətli şəkildə bunu hədəf auditoriyaya bildirmək faydalıdır.

yoxlayın simgesiMəsələn, Facebook və LinkedIn üçün:
“Hazırda satış və müştəri xidməti sahəsində yeni iş imkanları axtarıram. Əgər uyğun vakansiyalar varsa, paylaşmağınızı və ya mənimlə əlaqə saxlamanızı xahiş edirəm. CV-ni təqdim edə bilərəm. Təşəkkür edirəm!”

8. Şəxsi Brendinizi Yaradın

Şəxsi brend dedikdə, sizin adınızın müəyyən sahə ilə əlaqələndirilməsi nəzərdə tutulur. Aşağıdakı tövsiyələr onu yaratmağınıza kömək edəcək:

  • Müntəzəm olaraq eyni mövzuda paylaşım edin (məsələn, dizayn, satış, UX və s.).
  • Blog yazın, video çəkin, layihələrinizi paylaşın.
  • Peşəkar təqdimat hazırlayın: Hər kəs bilsin ki, “Sən UX dizaynerisən”, “Sən ingilis dili müəllimisən”.

9. Doğru Üslubda və Etikada Yazın

Sosial mediada mesajlaşma da peşəkarlıq tələb edir. Sizin etməli olduğunuz:

  • Sözləri düzgün yazın, qrammatikaya diqqət edin.
  • Mövzuya uyğun, aydın və qısa yazın.
  • Əlavə sənəd göndərirsinizsə, onu düzgün adlandırın (məs.: “CV_AdSoyad.pdf”).
CV yazmaqda çətinlik çəkirsən? Elə isə vaxt itirmədən 👉 Online CV Qurucumuzla möhtəşəm CV-yə sahib olun!

10. Saxta Elanlara Aldanmayın

Sosial mediada iş elanları axtararkən ehtiyatlı olmaq mütləqdir. Təəssüf ki, bəzi şəxslər və ya səhifələr real iş təklifi adı altında saxta elanlar paylaşır, dələduzluq edirinsanların çarəsizliyindən sui-istifadə etməyə çalışırlar.

Necə ayırd etmək olar?

  • “Əvvəlcə ödəniş et, sonra iş verəcəyik” deyirlərsə – dərhal rədd edin. Bu, ən geniş yayılmış fırıldaq üsuludur. “Sistem qeydiyyatı üçün ödəniş”, “CV baxışı üçün rüsum”, “zəmanətli iş üçün ilkin depozit” – bu tip tələblər qanunsuzdur və ciddiyə alınmamalıdır.
  • Paylaşım edən şəxsin və ya səhifənin profili şübhəlidirsə və ya heç bir veb sayt yoxdursa bu, artıq şübhələnməyə imkan verir – araşdırmadan müraciət etməyin.
  • Həddindən artıq yaxşı təkliflər əks etdirən elandırsa -“Evindən çıxmadan günə 3 saat çalış və zəngin ol”, “Aylıq 2000AZN maaş, heç bir təcrübə tələb olunmur”. Bu tip elanlar reallıqdan uzaqdır. Əgər çox asan görünürsə, çox güman ki, tələdir – yoxlayın və araşdırın.
  • Əlaqə məlumatı yoxdur – etibar etməyin. Elan sahibinin email, telefon nömrəsi və ya şirkət ünvanı yoxdursa, sayt linki varsa, o linkin rəsmi və təhlükəsiz olub-olmadığı haqda məlumat əldə etməyə çalışın (HTTPS, şirkət haqqında səhifə və s.)
  • Səhifə və ya şirkət haqqında Google-da araşdırma aparmaq mühüm rol oynayır. Digər istifadəçilərin rəylərinə baxın “Şirkət adı + şikayət” yazaraq axtarış edin. Əgər eyni məzmunlu elanlar bir çox şübhəli səhifədə yayılıbsa – ehtiyatlı olun.

11. Öz Layihələrinizi və Nailiyyətlərinizi Hədəf Auditoriyanızla Paylaşın

Sosial media platformalarında “iş axtarıram” demək faydalıdır, lakin bu sadəcə başlanğıcdır. Əsas diqqət çəkən məqam – siz hansı növ bacarıqlara maliksiniz və hansı nəticələr əldə etmisiniz, nələri inkişaf etdirmək istəyirsiniz – məhz bunu nümayiş etdirməkdir.

yoxlayın simgesiNümunələr:
  • “Bu, son iki həftədə hazırladığım loqotipdir. Müştəri brendində yeni bir vizual kimlik yaratdıq.”
  • “Aparılan email kampaniyası nəticəsində kliklənmə göstəricisi 35% artdı.”
  • “Keçirdiyim dərslərdə tələbələrin 90%-i final imtahanını 80+ nəticə ilə keçdi.”

Belə konkret paylaşımlar sizə aid olan nəticələri və bacarıqları nümayiş etdirir. Bu da sizin haqqında yalnız “o bacarır” deyil, “o bacarıb və nəticə əldə edib” düşüncəsini formalaşdırır.

12. Sosial Mediada Özünüzə Vizual CV Postu Hazırlayın

Sosial mediada iş axtarışında düzgün hazırlanmış CV postu çox effektiv ola bilər. Xüsusilə Facebook və LinkedIn-də diqqət çəkən, sadə, qısa və vizual şəkildə təqdim edilmiş bir paylaşım sizi bir neçə cümlə ilə tanıdan mini şəxsiyyət kartı rolunu oynayır.

Belə postlar sizə:

  • Geniş auditoriyaya çıxış imkanı yaradır
  • İnsanların sizi tanıyıb tövsiyə etməsini asanlaşdırır
  • “Şəxsi brend” imici formalaşdırır
yoxlayın simgesiMəsələn:

UX/UI Designer

5 il təcrübə | Bakı / Remote

Figma, Adobe XD, HTML/CSS

elvin.ui@gmail.com | linkedin.com/in/elvinui


Belə postlar paylaşıldıqca daha çox adama çatar və kimsə səni tövsiyə edə bilər.

BONUS TÖVSİYƏ:

  • Postunuzu profilinizdə “public” olaraq paylaşın ki, dostlarınız və onların dostları da görə bilsin.
  • Vizual şəkildə dizayn edilən CV (Canva və ya Figma ilə) əlavə edin – daha çox diqqət çəkir.
  • Paylaşımın sonunda yardım istəməkdən çəkinməyin:
“Əgər uyğun vakansiya haqqında məlumatlısınızsa, paylaşmağınızı və ya mənimlə əlaqə saxlamağınızı xahiş edirəm.”


13. Xarici Platformalarda Aktiv Olun

Əgər yalnız yerli vakansiyalarla məhdudlaşırsınızsa, böyük ehtimalla bir çox qlobal fürsəti qaçırırsınız. Bugünkü rəqəmsal dünyada remote işləmək imkanı olan minlərlə vakansiya mövcuddur və bu işlərə müraciət etmək üçün sadəcə doğru platformalarda aktiv olmaq kifayətdir.

Yaxşı xəbər odur ki, siz texniki, dizayn, yazı, tərcümə, marketinq və digər sahələrdə işləyirsinizsə, bu platformalarda qapılar sizin üçün açıqdır.

LinkedIn (qlobal imkanlar üçün)

LinkedIn yalnız yerli deyil, beynəlxalq HR mütəxəssisləri və şirkətləri birləşdirən şəbəkədir.

  • “Jobs” bölməsində filtr olaraq “Remote” və “Worldwide” seçərək xarici vakansiyalar axtarın.
  • Profilinizi İngiliscə hazırlayın və “Open to work” seçimini aktiv edin.

Facebook

Facebook ilk baxışda qeyri-rəsmi platforma kimi görünsə də, xüsusilə xarici “job groups” vasitəsilə müxtəlif ölkələrdən iş təkliflərinə birbaşa çatmaq mümkündür. Bu qruplarda vakansiyalar tez-tez yenilənir və birbaşa HR-lar və ya kiçik biznes sahibləri tərəfindən paylaşılır.

Qrup axtarışında istifadə edə biləcəyiniz sözlər:

  • Remote Jobs Worldwide
  • Online Jobs
  • Freelance Opportunities
  • Work From Home International
  • Digital Marketing Jobs Remote

Nə etməlisiniz:

  • Bu qruplara üzv olun və gündəlik izləyin
  • Etibarlı elanlara CV göndərin
  • Özünüz barədə təqdimat paylaşın (məsələn: “Hello! I’m a freelance web developer looking for international clients. Portfolio: [link]”)
  • Aktiv ünsiyyət qurun, şərh yazın və təkliflərə cavab verin

Bu qruplarda iştirak həm sizi daha görünən edəcək, həm də tövsiyə olunma şansınızı artıracaq.

X (keçmiş Twitter)

  • Peşəkarlar və işəgötürənlər burada tez-tez vakansiya paylaşır.
  • Açar sözlər və #Hiring, #RemoteJob, #OpenToWork kimi hashtaglar vasitəsilə axtarış edin.
  • Qısa, lakin təsirli öz təqdimat postu yazaraq paylaşa bilərsiniz.
“Hi everyone! I’m a UX Designer with 3+ years of experience. Currently looking for remote opportunities. Portfolio: [link] #OpenToWork”

14. Profil Linklərini Yaxşı İstifadə Edin

LinkedIn, Behance və ya şəxsi veb saytınız varsa, bu linkləri bütün sosial platformalarda görünən yerə yerləşdirin:

  • Facebook profilində bio bölməsi
  • Instagram bio
  • LinkedIn xülasəsində portfel linki

Bu, işəgötürənə və ya potensial müştəriyə bir kliklə səni tanımaq imkanı verir.

15. Online Tədbirlərdə və Webinar’larda Aktiv İştirak Edin

Facebook və LinkedIn üzərindən keçirilən karyera vebinarları, HR görüşləri və seminarlarda iştirak edin və orada da tanışlıqlar qurun.

  • Həm yeni biliklər əldə edirsiniz
  • Həm də iştirak etdiyini profilində paylaşaraq aktiv olduğunuzu göstərirsiniz
yoxlayın simgesiMəsələn:
“Bu gün LinkedIn Career Summit-də iştirak etdim. Mövzu: ‘Remote iş mühiti və yeni çağırışlar’. Bir çox faydalı fikirlər əldə etdim və paylaşmaq istərdim.”

Bu tip paylaşımlar peşəkar ciddiyyətini göstərir.

Yekun


Artıq sosial medianın yalnız şəxsi paylaşımlar və əyləncə üçün deyil – karyera qurmaq, iş tapmaq və özünü tanıtmaq üçün güclü və effektiv vasitəyə çevrildiyini bilirik. Facebook, LinkedIn, Instagram və digər platformalar vasitəsilə doğru addımlarla həm yerli, həm də beynəlxalq iş imkanlarına çıxış əldə edə bilərsən.

Bu məqalədə təqdim olunan 15 vacib məsləhət – profilinin peşəkarlaşdırılmasından tutmuş şəbəkə qurmağa, portfel təqdimatından tutmuş öz brendini formalaşdırmağa qədər – sənə yalnız iş tapmaqda deyil, karyeranı qurmaqda da yardımçı olacaq. Sosial mediada doğru strategiyalarla çıxış etsən, növbəti fürsət bəlkə də sən bir paylaşım etdikdən sonra qarşına çıxacaq.

İndi başla. Profilini yenilə, şəbəkə qur və öz uğur yolunu sosial mediada inşa et!

CV-nizi ən yaxşı şablonlarla yaradın

Tez-tez verilən suallar

Sosial mediada iş axtardığımı açıq şəkildə paylaşmaq mənfi təsir edə bilərmi?

Əgər hal-hazırda bir işdə çalışırsansa və bu barədə paylaşım edirsənsə, diqqətli olmaqda fayda var – bəzi işəgötürənlər bunu narazılıq əlaməti kimi qəbul edə bilər. Ancaq işsizsənsə və ya frilanser kimi çalışırsansa, aydın və nəzakətli şəkildə iş axtardığını bildirmək müsbət qarşılanır. Bu, əlaqələrin səni tövsiyə etməyə kömək göstərəcəyinə və yeni imkanlar tapmağına kömək edə bilər.

LinkedIn və Facebook arasında fərq nədir? Hansı sosial media daha effektivdir?

LinkedIn sırf peşəkar məqsədlər üçün nəzərdə tutulub – CV, iş elanları, peşəkar şəbəkə və yüksək keyfiyyətli təlimlər üçün idealdır. Facebook isə daha qeyri-rəsmi olsa da, xüsusilə yerli qruplarda vakansiyalar çox tez paylaşılır və cavab almaq daha sürətlidir. Hər iki platformanı birlikdə istifadə etmək daha effektiv nəticə verir.

Peşəkar sahəmlə əlaqəli paylaşım etməyə nə qədər vaxt ayırmalıyam?

Mütəxəssislər ayda ən azı 2-4 dəfə peşəkar mövzulu paylaşım etməyi tövsiyə edirlər. Bu, sənin həmin sahədə aktiv, məlumatlı və əlaqədə olan biri olduğunu göstərir. Məzmunlar qısa şərhlər, məqalə linkləri, şəxsi fikirlər və ya iştirak etdiyin tədbirlər haqqında paylaşımlar ola bilər.

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-nizi yaradın

Yükləmək üçün məktublar nümunəsi

Qapaq məktubu şablonu
Qapaq məktubunun dizaynı
Tələbələr üçün əhatə məktubu şablonu - universitet
Nişan məktubu üçün şablon