İş axtarışı zamanı stress və onunla effektiv mübarizə yolları

İş axtarışı həyatda önəmli və zəruri mərhələlərdən biridir. Lakin bu proses, çox vaxt gözləniləndən daha çətin və stresli ola bilər. Yeni karyera fürsətləri yaratmaq hər nə qədər həyəcanverici olsa da, rəqabət mühiti, qeyri-müəyyənlik və tez-tez rast gəlinən imtinalar insanın üzərində mənfi təsir yarada bilir.

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət pulsuz kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-mi yaradın
Mündəricat
Mündəricat

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət pulsuz kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-mi yaradın

Bu məqalədə, iş axtarışı zamanı yaranan stressin əsas səbəblərini daha dərindən araşdıracaq və bu streslə necə effektiv mübarizə aparmaq barədə praktik məsləhətlər verəcəyik.

İş axtarışı zamanı stresin səbəbləri


İş axtarışı zamanı stresin səbəbləri bir çox insanın qarşılaşdığı problemlərdən qaynaqlanır və bu faktorlar psixoloji və emosional narahatlıq yaradır. Aşağıda bu prosesdə ən çox rast gəlinən stress mənbələri ilə tanış ola bilərsiniz:

Stressli qadın əlində laptop

Qeyri-müəyyənlik və rəqabət

İş axtaran şəxslər üçün ən böyük stress mənbələrindən biri gələcəyin naməlum olmasıdır. Hər hansı bir müraciət etdiyiniz vakansiyanın nəticəsinin necə olacağını bilməmək narahatlıq və gərginlik yaradır. Hər iş yerinin öz tələbləri var və rəqabət yüksək olduqda uyğun iş tapmaq çətinləşir. Həmçinin, hər müsahibəyə qatılan yüzlərlə namizədin arasından seçilmək özlüyündə böyük bir təzyiq yaradır. Bu rəqabət mühiti iş axtarışını daha da stresli edir.

Müvəffəqiyyətsizlik qorxusu

Tez-tez qarşılaşan rədd cavabları iş axtaran şəxslərin özünə inamını azalda bilər. İmtina məktubları və ya cavabsız müraciətlər namizədlərin özünü dəyərsiz hiss etməsinə, müvəffəqiyyətsizlik qorxusuna səbəb ola bilər. Bəzi insanlar bu imtinalardan sonra bacarıqlarını sual altına qoymağa və özlərinə qarşı tənqidi yanaşmağa başlayırlar. Müvəffəqiyyətə çatmamaq qorxusu iş axtarışını daha da stresli hala gətirir.

Maliyyə təzyiqi

İş axtaran şəxslər, xüsusilə işsiz qalanlar maliyyə problemləri ilə qarşılaşırlar. Gəlir mənbəyinin olmaması və ya kifayət etməməsi onların maddi baxımdan təzyiq altında hiss etməsinə səbəb olur. Kirayə, borc və gündəlik xərclər kimi maliyyə öhdəlikləri bu təzyiqi daha da artırır və qısa zamanda iş tapmaq zərurəti yaradır. Nəticədə, həm maliyyə qeyri-sabitliyi, həm də iş tapmaq məcburiyyəti stresi daha da yüksəldir.

Uzunmüddətli iş axtarışı

Bəzən iş axtarışı gözlənildiyindən daha uzun sürür və bu da böyük stresə səbəb ola bilər. Uzun müddət ərzində nəticə almamaq, hər gün yeni vakansiyalara müraciət etmək və cavab gözləmək insanın motivasiyasını azalda bilər. Davamlı imtinalarla qarşılaşmaq və uğurlu iş təklifi almamaq insanların təkrar-təkrar eyni prosesi keçməsi ilə nəticələnir. Bu da təbii olaraq namizədə mənfi təsir edərək narahatlıq və yorğunluq yaradır.

İctimai təzyiq

Ailə üzvləri, dostlar və cəmiyyət də iş axtarışı zamanı təzyiq yaradan faktorlardan biridir. İnsanlar xüsusən uzun müddət işsiz qalanda ətrafdakıların sualları və gözləntiləri ilə qarşılaşırlar. “Hələ iş tapmamısan?” kimi suallar və ya "niyə bu qədər işsiz qalmısan?" kimi uyğun olmayan suallar öz-özlüyündə stress mənbəyinə çevrilə bilər. Bu sosial təzyiq insanın daxili gərginliyini artıraraq iş tapma prosesini daha da çətinləşdirə bilər.

Streslə mübarizənin effektiv yolları


İş axtarışı zamanı yaranan stresin qarşısını almaq və bu prosesi daha idarəolunan etmək üçün effektiv mübarizə üsulları mövcuddur. Aşağıda bu haqda ətraflı məlumat verilmişdir:

Gənc qadın noutbukda iş axtarır

Düzgün planlama və təşkilatçılıq

İş axtarışını səmərəli və məqsədli etmək üçün düzgün planlama vacibdir. Müəyyən bir cədvəl tərtib etmək hər gün üçün konkret hədəflər təyin etmək prosesə struktur verir və qarışıqlıq hissini aradan qaldırır. Günün müəyyən vaxtını iş elanlarını nəzərdən keçirməyə CV göndərməyə və müsahibələrə hazırlıq etməyə sərf etmək bu sahədə nizam-intizam yaradır. Beləliklə, plansızlıqdan qaynaqlanan narahatlıq azalır və iş axtarışı daha məhsuldar olur.

Zehni sağlamlığa diqqət

Stresi idarə etməyin əsas yollarından biri zehni sağlamlığa diqqət yetirməkdir. Meditasiya, nəfəs məşqləri və ya yoga kimi rahatlama texnikaları stresi azaltmağa və rahatlamanı təmin etməyə kömək edir. Bu metodlar beynin rahatlaşmasını təmin edərək narahatlıq səviyyəsini aşağı salır. Zehni sağlamlığı qorumaq üçün həm də mənfi düşüncələrdən uzaqlaşmaq, pozitiv düşüncəni inkişaf etdirmək vacibdir. Özünüzə qarşı mülayim olmaq və çətinliklərə baxmayaraq inamınızı qorumaq zehni sağlamlığı gücləndirən əsas amillərdəndir.

Müvəffəqiyyətsizliklə barışmaq

İş axtarışı zamanı rədd cavabları ilə qarşılaşmaq təbii bir prosesdir. Hər imtina bir öyrənmə fürsəti kimi görülməli və səbəbləri təhlil edərək gələcəkdə necə inkişaf etmək lazım olduğu dəyərləndirilməlidir. Rədd cavablarını şəxsi uğursuzluq kimi qəbul etmək əvəzinə, daha yaxşı fürsətlərin hələ qarşıda olduğunu düşünmək stresi azaldır. Bu baxış tərzi gələcək müraciətlərə daha müsbət yanaşmağa və özünüzü inkişaf etdirməyə kömək edər.

Fiziki sağlamlığın qorunması

Stresin idarə olunmasında fiziki sağlamlığın qorunması da mühüm rol oynayır. Mütəmadi idmanhərəkət stress hormonlarını azaldaraq bədən və zehni rahatlatmağa kömək edir. Eyni zamanda düzgün yuxu və balanslı qidalanma da bədənin enerji səviyyəsini artırır və zehni olaraq daha sakit və hazır hiss etməyinizə şərait yaradır. Yuxu rejiminin pozulması və düzgün olmayan qidalanma iş axtarışını daha da stresli və yorucu edə bilər.

Dəstək axtarmaq

Dostlarınız, ailə üzvləriniz və ya peşəkar məsləhətçilərdən emosional dəstək almaq stresi azaltmağa və psixoloji rahatlıq təmin etməyə kömək edə bilər. Onlarla narahatlıqlarınızı bölüşmək və onların məsləhətlərini dinləmək sizə prosesi daha asan keçməyə kömək edə bilər. Eyni zamanda karyera məsləhətçiləri ilə məsləhətləşmək CV hazırlığı və müsahibə strategiyaları üzrə məsləhətlər almaq uğur şansınızı artıraraq iş tapmaq müddətini qısalda bilər. Dəstək qruplarına və ya karyera forumlarına qatılaraq bənzər vəziyyətlərdə olan insanlarla təcrübə mübadiləsi də dəyərli ola bilər.

Realist gözləntilər yaratmaq

İş axtarışında realist gözləntilər yaratmaq lazımdır. Bəzi insanlar çox qısa zamanda mükəmməl iş tapmaq ümidinə qapılırlar, lakin bu həmişə real olmaya bilər. Hər bir insan fərqli iş axtarma təcrübəsinə malik ola bilər və iş tapmaq bir müddət ala vaxt bilər. Bu müddəti nəzərə alaraq, hər mərhələni təcrübə və inkişaf üçün bir fürsət kimi görmək daha faydalıdır. Müsahibələrdə hər dəfə yeni bacarıq və təcrübələr qazanmaq bu prosesi təkcə uğura çatmaq deyil, həm də özünü inkişaf yolu kimi qəbul etmək stresi minimuma endirir.

CV yazmaqda çətinlik çəkirsən? Elə isə vaxt itirmədən 👉 Online CV Qurucumuzla möhtəşəm CV-yə sahib olun!

Stresin iş axtarışı prosesindəki təsirlərini azaltmaq


İş axtarışı zamanı stressi effektiv şəkildə idarə etmək və bu prosesin mənfi təsirlərini azaltmaq üçün bir neçə strategiya mövcuddur. Bu strategiyalar iş axtarma prosesini daha planlı və rahat hala gətirərək stresi minimuma endirə bilər. Aşağıda stresin iş axtarışındakı təsirlərini azaltma yolları izah edilib:

İş axtarmaq üçün noutbukdan istifadə edən qadın

1. Müraciət prosesini sadələşdirmək

İş axtarışında stresin əsas səbəblərindən biri müraciət prosesinin kompleks və psixi olaraq yorucu olmasıdır. Bu prosesi sadələşdirərək stresi azaltmaq mümkündür:

  • Təkmilləşdirilmiş CV və motivasiya məktubu:

CV-nizi optimallaşdırmaq və güclü motivasiya məktubunu yazmaq və müxtəlif işlər üçün fərqli versiyalar yaratmaq müraciət prosesini asanlaşdırır. Eyni sənədləri bir neçə müraciətdə istifadə edə bilmək zamana qənaət edir və digər əlavə iş yükünü azaldır.

  • Düzgün vakansiyalar üçün müraciət etmək:

Hər iş elanına müraciət etmək əvəzinə, bacarıqlarınıza və maraqlarınıza uyğun olan işləri diqqətlə seçmək, onlara yerində müraciət etmək tövsiyə olunur. Beləliklə, çoxlu müraciət etməklə yaranan vaxt və enerji itkisini aradan qaldıra bilərsiniz.

  • Onlayn platformalardan effektiv istifadə:

LinkedIn, Glassdoor kimi platformalardan aktiv şəkildə  istifadə etmək, profilinizi doldurmaq və iş təkliflərini avtomatik olaraq almaq müraciət prosesini sadələşdirir.

2. Təkmilləşmə və özünü inkişaf

İş axtarışı zamanı stresi azaltmağın ən yaxşı yollarından biri yeni bacarıqlar öyrənərək və mövcud bilikləri təkmilləşdirərək özünü inkişaf etdirməkdir. Bu, sizi daha cəlbedici namizəd edir və həmçinin özünəinamınızı artırır:

  • Onlayn kurslar və sertifikatlar: Məsələn, Coursera, Udemy və ya LinkedIn Learning kimi platformalardan istifadə edərək öz sahənizdə yeni biliklər qazana və ya mövcud bacarıqlarınızı gücləndirə bilərsiniz. Yeni bacarıqlar daha çox işə müraciət etmə imkanı yaradır.
  • Təlimlər və vebinarlar: İştirak etdiyiniz seminarlar və təlimlər həm şəbəkənizi genişləndirər, həm də şəxsi və peşəkar inkişafınıza təkan verər. Bu, sizin iş axtarışınızdakı nəticələri yaxşılaşdıracaq və stresi azaldacaq.

3. Alternativ iş imkanlarını araşdırmaq

İş axtarışını uzatmaq əvəzinə, alternativ iş imkanlarını da dəyərləndirmək stress səviyyənizi azalda bilər. Əsas məqsədinizə çatana qədər müəyyən müddətlik işlər və ya müvəqqəti həll yolları stresi azalda və gəlir mənbəyini təmin edə bilər:

  • Freelancer layihələr: Freelancer olaraq işləmək həm təcrübə qazanmağınıza, həm də maliyyə təzyiqini azaltmağa kömək edər. Fiverr, Upwork kimi platformalarda müvəqqəti layihələr götürərək işləyə bilərsiniz.
  • Müvəqqəti və ya part-time işlər: Müvəqqəti və ya yarımştat işlər işsizlik dövründə sizə həm maddi dəstək olacaq, həm də təcrübə qazanmağınıza kömək edəcək. Müvəqqəti işlər karyeranız üçün yeni imkanlar da yarada bilər.
  • Öz biznesinizi qurmaq: Öz layihənizi başlatmaq və ya hobbinizi gəlir mənbəyinə çevirmək də bir seçimdir. Kiçik biznes qurmaq stresi azalda bilər və uzunmüddətli karyera hədəflərinizə yeni bir istiqamət verə bilər.

4. Həyat-balansını qorumaq

İş axtarışı zamanı öz şəxsi həyatınız və hobbilərinizlə məşğul olmağa davam edin. Həyat-balansını qorumaq stresi azaltmaqda mühüm rol oynayır:

  • Fasilələr vermək: Davamlı olaraq iş axtarmaq həm fiziki, həm də zehni yorğunluq yarada bilər. Mütəmadi olaraq fasilələr vermək və sevdiyiniz fəaliyyətlərə vaxt ayırmaq stresi azaldır və daha motivasiyalı olmağa kömək edir.
  • Hobbilər və sosial fəaliyyətlər: Stresli proseslərdən uzaqlaşmaq üçün hobbilərinizlə məşğul olmaq, idmana və ya dostlarla vaxt keçirməyə vaxt ayırmaq vacibdir. Bu, həm beyninizi dincəldəcək, həm də emosional cəhətdən rahatlamağınıza kömək edəcək.
Düşüncəli qadın iş axtarır

Son söz


İş axtaranların çoxu iş axtararkən stress yaşayır. Bu, müxtəlif səbəblərdən baş verir: bəziləri işsiz və pulsuz qalmaqdan qorxur, bəziləri fırıldaqçılarla qarşılaşmaqdan qorxur. İnsanın cinsindən, yaşından və peşəkarlıq səviyyəsindən asılı olaraq stress az və ya çox dərəcədə ifadə olunur.

İstənilən halda streslə mübarizə aparmaq olar. Həm şirkət menecerləri və kadrlar, həm də namizədlərin özləri onun səviyyəsinə təsir edə bilərlər. Əsas  özünə inam və təslim olmamaqdır!

CV-nizi ən yaxşı şablonlarla yaradın

❓Tez-tez verilən suallar

İş axtarışı zamanı stress niyə yaranır?

İş axtarışı prosesi qeyri-müəyyənlik, rəqabət və maliyyə təzyiqləri ilə müşayiət olunur. Naməlum nəticələr, tez-tez rədd cavabları və uzun müddət iş tapmamaq kimi səbəblər stresin əsas mənbələridir.

İş axtarışı çox uzun sürəndə nə etməli?

Uzun müddətli iş axtarışı zamanı ara vermək, hobbilərə və sosial fəaliyyətlərə vaxt ayırmaq vacibdir. Bu fasilələr zehni rahatlıq gətirir və yenidən daha güclü şəkildə iş axtarmağa başlamağa kömək edir.

Müsahibədən öncə gərginliyi necə azaltmaq olar?

Müsahibədən əvvəl hazırlıq etmək gərginliyi azaltmağa kömək edir, çünki bu, özünə inamı artırır. Nəfəs alma texnikaları da sakitləşməyə və gərginliyi azaltmağa yardım edə bilər.

15 dəqiqə ərzində CV-nizi yaradın

Mütəxəssislər tərəfindən hazırlanmış rezüme şablonlarından ibarət pulsuz kolleksiyamız sizə izdihamdan seçilməyə və xəyal etdiyiniz işə bir addım yaxınlaşmağa kömək edəcək.

CV-nizi yaradın

Yükləmək üçün məktublar nümunəsi

Qapaq məktubu şablonu
Qapaq məktubunun dizaynı
Tələbələr üçün əhatə məktubu şablonu - universitet
Nişan məktubu üçün şablon